Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
15:52 | 29 iyul 2017 | Şənbə
Məqaləyə 2105 dəfə baxılıb
Şriftin ölçüsü
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Urmiyanin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur yeni nazirlər kabinetində Azərbaycan əyalətlərinin potensial imkanlarından istifadə olunması və təmsil etdiyi əyalətin iqtisadi durumuna daha çox diqqət yetirilməsi barədə çağırış edib.
O bu barədə iyulun 27-də Qərbi Azərbaycan İdarə Şurasının Valiliyin Ətayi salonunda keçirdiyi iclasda çıxış edib.
İslam inqilabından on illər keçməsinə baxmayaraq Qərbi Azərbaycan Əyalətinin hələ də inkişafdan geri qalmasını təəssüflə xatırladan millət vəkili, Həsən Ruhaninin yeni hakimiyyəti dövründə Qərbi Azərbaycanda bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.
«Yeni nazirlər kabinetinin təşkilində Qərbi və Şərqi Azərbaycan əyalətlərinin potensial imkanlarından istifadə olunmalıdır və bu bizim sadəcə haqqımızdır. Ona görə ki, biz hər həftə və hər ay bu ölkənin təhlükəsizliyi və sərhədlərinin qorunması üçün şəhid veririk», - deyə o vurğulayıb.
R.Həzrətpur İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əli Rəbiyyə xitabən isə bu sözləri deyib:
«Biz ümid edirik ki, bütün fəhlələrə dəstək veriləcək. Siz fəhlələrin nazirisiniz, ona görə də əmək təşkilatlarına yardımçı olmalısınız. Yalnız bu şəkildə fəhlələrin çəkdiyi zəhmətin 1 faizini də olsa qarşılaya bilərik.
Kooperasiya, Əmək və İctimai Rifah Nazirliyi, Qərbi Azərbaycanda «Şesta» Şirkətlərinin (Təmin-i İctimai İdarəsinin Yatırım Şirkəti) sərmayə yatıracağı ilə bağlı söz verib. Elə verilən sözə görə də olsa, bu şirkətlərin Qərbi Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Bu, əyalətdəki işsizlik probleminin aradan qaldırılmasına müəyyən qədər təsir edər», - deyə o bəyan edib.
Millət vəkili sözlərinin sonunda Kooperasiya, Əmək və İctimai Rifah nazirinə azərbaycanlı olduğunu xatırladıb. «Cənab Rəbii bizim sizdən müəyyən gözləntilərimiz var. Əgər azərbaycanlı və türkdilli olduğunuzla fəxr edirsinizsə, o zaman məhrumiyyət içində olan Qərbi Azərbaycan Əyalətinə və onun işsiz gənclərinə daha çox diqqət yetirməlisiniz», - deyə R.Həzrətpur vurğulayıb.
Bundan öncə Urmiya şəhərinin İran parlamentindəki digər millət vəkili Nadir Qazipur İranda əhalinin təxminən 50 faizinin türk dilində danışdığını xatırladaraq türk dilinin məktəb və universitetlərdə tədris olunmasını və yeni nazirlər kabinetində daha çox türkün yer almasını istəmişdir.
O bu barədə iyulun 19-da İran parlamentindəki çıxışı zamanı danışıb.
Millət vəkili hökuməti türk dilinin tədrisi ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün tənqid edərək xəbərdarlıq edib ki, türklərdən yeni nazirlər kabinetində istifadə olunmasa, hökumət Türk Bölgələri Fraksiyasına üzv olan 110 millət vəkilinin dəstəyini itirəcək.
«Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər bacarıqlı, mütəxxəssis və məsuliyyətli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır», - deyə N.Qazipur vurğulayıb.