Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
17:20 | 29 iyul 2017 | Şənbə
Məqaləyə 2201 dəfə baxılıb
Şriftin ölçüsü
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Qərbi Azərbaycan Əyalətinə səfər edən İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əli Rəbii səfərinin əsas hədəfini açıqlayıb.
Sərhədyanı şəhərlərə səfər edən nazir öz açıqlamasında deyib: «Bizim əsas məsələlərimizdən biri sərhədyanı bölgələr, xüsusi ilə də Qərbi Azərbaycanın sərhəddə yaxın məntəqələrində yaşayan şələkeşlərin (Sərhədyanı bölgələrdə qaçaqmalçılıqla məşğul olan bir sıra kürdlər qanunsuz olaraq xaricdən ölkəyə mal daşıyırlar. Onlar Azərbaycan şəhərlərində şələkeş, farsca dilində isə kulbər adlanır) siğorta məsələsidir. Artıq bununla bağlı ciddi tədbirlər görülüb və bu gün biz sözügedən əzizlərimizin siğorta məsələsinə görə Qərbi Azərbaycan Əyalətinə səfər etmişik. Bu istiqamətdə lazımi qərarlar veriləcək», - deyə o bildirib.
Ə.Rəbii əlavə edib ki, «dövlət sərhədyanı bölgələrin ictimai rifahı üçün 9 trilyon rial məbləğində vəsait ayırıb, bu məbləğdən şələkeşlərin sağlamlıq siğortası üçün istifadə etmək mümkün olacaq».
Çarşənbə günü Piranşəhərə (Xana) səfər edən Kooperasiya, Əmək və İctimai Rifah naziri, şələkeşliyin sərhədyanı bölgələr üçün ən yaxşı məişət tərzi olduğunu deyərək bu işlə məşğul olan insanların sağlamlığına əhəmiyyət verdiyi bildirib. «İlk baxışda şələkeşlərin siğorta məsələsi olduqca çətin görünürdü, lakin bir sıra araşdırmalardan və fəaliyyətdən sonra bu mümkün oldu. Hazırda təkcə Piranşəhr deyil, digər sərhədyanı bölgələrdə də eyni üsul tətbiq olunur. Plana görə, şələkeşlər siğorta olunacaq, onlara sərfəli kredit veriləcək, sonda isə təqaüdə çıxacaqlar», - deyə nazir vurğulayıb.
İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Həmin kürdlər bir çox halda qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir və bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar. Məsələn Qərbi Azərbaycanda bir çox daşınmaz əmlak bölgənin kürdləşdirilməsi prosesindən xəbərsiz olan azərbaycanlılar tərəfindən həmin qaçaqmalçılara satılır və nəticədə Azərbaycan şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.