
Təkamülünün üst pilləsi ...
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
“Manchester City” dünyanın ən güclü klubudur
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
... Yaxud qalib gəlmək mümkün idimi?!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
“Qarabağ”ın Qarayevindən ağır sözlər
Uman yerdən küsmək məsəli
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
Futbolu ümid oynamır
Bu matç həm də taktika döyüşü idi. Bacardığı əsas şey cərimə meydançasına hava ötürmələri, künc və cərimə zərbələri zamanı hava mübarizəsini cüssələri hesabına udmaq olan rəqib yenə eyni ampluada idi. Hər künc zərbəsi penaltiyə bərabər olan komanda ilə döyüşdən alnıaçıq çıxmaq üçün ağıl lazım idi.
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Kopenhagen»lə oyunda uğur qazanmaq üçün çox risklər etdi. İlk yarıda ağıllı müdafiə xətti qurdu, Danimarka klubunu zərərsizləşdirmək üçün hər şeyə əl atdı.
Fasilə ərəfəsində İbrahim Şehiçin fərdi səhvi meydan sahiblərini ümidləndirdi. Amma Qurban bəy təşvişə düşmədi. İkinci hissəyə də eyni qaydada başladıq, bununla belə, irəlidə pressinqlə «Kopenhagen»in hücum gücünü azaltdıq. «Qarabağ» təzyiqi artıran kimi «Kopenhagen»in gücünün tükəndiyi də anlaşıldı. Kombinasiyalı 2-3 hücum və Miçel Madeyranın fərqlənməsinə rəqib qapıçının möcüzəli seyvi mane oldu.
Lakin qol yetişirdi. Ansi Aqollinin cinahdan ikinci ağıllı ötürməsini Dino Ndlovu tamamladı. Sonradan bəlli olacaqdı ki, bu qol «Qarabağ»a turu gətirəcək.
Sevincimiz qısa sürdü – 3 dəqiqə sonra «Kopenhagen» yenidən hesabda önə keçdi və nəfəs kəsən dəqiqələr başladı. Burada Qurbanov yenidən taktikanı dəyişməyə məcbur oldu. 5 müdafiəçili sistemə keçidlə yanaşı, rəqibin cərimə meydançasına təhlükəli cinah ötürmələrinin də qarşısı alındı. 4-cü mərkəz müdafiəçimiz oyuna girəndə isə artıq irəlidə oyunçumuz qalmamışdı.
Qurbanov «Viktoriya» ilə ötənilki oyunda da belə etmiş, amma qola əngəl olmağı bacarmamışdı. O, prinsiplərindən dönmədi, budəfəki addımı uğurlu oldu.
Bu matç əla məşqçi işi idi. Ümumi qələbəni gətirən məğlubiyyət də qəbulolunandı və Qurbanov taktikanı buna görə qurdu, istəyinə nail oldu. 17 il əvvəl «Qalatasaray»ın UEFA kubokunu qazandığı Danimarka paytaxtında daha bir türk oğlu rəqiblərinə dərs keçdi.