“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
21:04 | 24 avqust 2017 | Cümə axşamı
Məqaləyə 1764 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
Bu gün Fransanın Monako şəhərində Bakı vaxtilə 20:00-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünüb. İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunub. Beşqat ölkə çempionu «Qarabağ» qitənin ən güclü 32 komandası arasında yer alıb. Komandalar reytinqlərinə görə səbətlərə bölünmüşdü və «Qarabağ» da dördüncü səbətdə qərarlaşmışdı.
İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer almışdısa, digər 24 klub öz əmsalına görə sıralanmışdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız püşkatmanın nəticəsi olaraq, C qrupunda İngiltərənin «Çelsi», İspaniyanın «Atletiko» (Madrid) və İtaliyanın «Roma» klubu ilə mübarizə aparacaq. «Qarabağ»ın adını səbətdən «Roma»nın əfsanəvi futbolçusu Françesko Totti çıxarıb.
Beləliklə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların adlarını açıqlayırıq.
A qrupu
«Benfika» (Portuqaliya)
«Mançester Yunayted» (İngiltərə)
«Bazel» (İsveçrə)
MOİK (Rusiya)
B qrupu
«Bavariya» (Almaniya)
PSJ (Fransa)
«Anderlext» (Belçika)
«Seltik» (Şotlandiya)
C qrupu
«Çelsi» (İngiltərə)
«Atletiko» (Madrid, İspaniya)
«Roma» (İtaliya)
«Qarabağ» (Azərbaycan)
D qrupu
«Yuventus» (İtaliya)
«Barselona» (İspaniya)
«Olimpiakos» (Yunanıstan)
«Sportinq» (Portuqaliya)
E qrupu
«Spartak» Moskva
«Sevilya» (İspaniya)
«Liverpul» (İngiltərə)
«Maribor» (Sloveniya)
F qrupu
«Şaxtyor» (Ukrayna)
«Mançester Siti» (İngiltərə)
«Napoli» (İtaliya)
«Feyenord» (Hollandiya)
H qrupu
«Real» (Madrid, İspaniya)
«Borussiya» (Dortmund, Almaniya)
«Tottenhem» (İngiltərə)
APOEL (Kipr)
G qrupu
«Monako» (Fransa)
«Porto» (Portuqaliya)
«Beşiktaş» (Türkiyə)
«Leypsiq» (Almaniya)
Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunub. Belə ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu «Qarabağ»ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.