Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Ankarada intensiv şəkildə musiqi fəaliyyəti ilə məşğul olan 16 yaşlı skripka sənətçisi Yaşar Əhmədizadə təqribən 8 il əvvəl ailəsi ilə bərabər Güney Azərbaycandan Türkiyəyə köçüb. Gənc sənətçi Amerikanın Səsinə müsahibədə musiqi fəaliyyəti, gələcək planları, həmçinin İranda musiqi fəaliyyəti göstərənlərin önündəki məhdudiyyətləri anladıb.
«6-7-ci siniflərdə Ankarada təşkil olunan musiqi yarışlarında birinci dərəcəyə» layiq görünən Yaşar Əhmədizadə hər gün musiqi ilə məşğul olmaqla bərabər musiqiçi atasının təşkil etdiyi orkestr tərkibində də fəaliyyət göstərdiyini deyir.
O, musiqi sahəsində fəaliyyət göstərmək istəyən uşaqlar üçün mövcud olan fürsətlər baxımından Türkiyə və İrandakı şəraiti müqayisə edir. «Burada musiqi təlimi, xüsusilə klasik musiqi təlimi yetərsizdir. Amma musiqi təliminin önündə bir maneə yoxdur. Amma Güney Azərbaycanda yaşadığım dönəmdə buradakı qədər dəstəklənmədim. Orada musiqini toplum içində çox görmədim», deyə sənətçi söyləyir.
O əlavə edir, «mənim Güney Azərbaycanda musiqi fəaliyyətinə başlamağımın səbəbi babamın musiqiçi olması idi, yoxsa başlaya bilməzdim. Türkiyədə ən azından məktəblərdə musiqi dərsi vardır. Çox əhatəli deyil, amma var. İranda heç yoxdur».
Yaşar Əhmədizadə musiqi təhsilini davam etdirmək və Türkiyə, ya da digər ölkələrdə Konservatoriyaya girmək istədiyini deyir.
O, həmçinin tərkibində fəaliyyət göstərdiyi orkestrin auditoriyasını genişləndirmək istiqamətində klasik musiqidən əlavə digər janrlarda da proqramlar planlaşdırdığını bildirir.
«Musiqi, xüsusilə klassik musiqi sadəcə elitist bir iş deyil. Hamının həyatında olması gərəkən bir şeydir. Həyata yeni bir baxış açısı qazandırar», deyə gənc sənətkar əlavə edir.