
Güneydə siyasi basqı
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Qərbi Azərbaycanın vali postuna kimin gətiriləcəyi yenə də yerli əhalinin aktual məsələlərindən birinə çevrilib. Məlumata görə, radikal kürd qruplaşmaları və Azərbaycanda yaşayan mühacir kürdlərə yaxınlığı ilə seçilən Salmasın İran parlamentindəki millət vəkili Şəhruz Bərzgər Qərbi Azərbaycan sakini olmayan kürd kökənli Fridun Hümmətinin əyalətə vali təyin edilməsini dəstəkləyir.
Min bir hiylə ilə Salmasın millət vəkili seçilən Ş.Bərzgər seçkiqabağı təbliğat-təşviqat dönəmində «Kürdistan əgər abadlaşarsa, gizli cənnətdir» seçki şüarından istifadə etmişdir. Bu şəkildə Salması Kürdistan kimi təqdim edən Ş.Bərzgər seçkilərin ikinci mərhələsində ictimaiyyəti aldatmaq məqsədi ilə «Oyaq elim, dayağımdır» şüarı ilə seçkilərə qatılmışdır. Onu yaxından tanıyanlardan biri GünAz TV-yə bildirib ki, «Ş.Bərzgərin həyat yoldaşı Yəzd şəhərindəndir, onun özü də Yəzd sakinidir və uşaqları fars dilində danışır. Onun Salmas şəhəri, yerli əhali və onların problemləri ilə bağlı heç bir anlayışı yoxdur».
Məlumata görə, Ş.Bərzgər Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə edən Keçmiş Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu vəzifəsindən uzaqlaşdırıldıqdan sonra kürd cərəyanının xeyrinə olan fəaliyyətini daha da genişləndirib.
Əldə etdiyimiz informasiyaya əsasən, Qərbi Azərbaycan Əyalətinin 12 millət vəkilindən 9-u F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı çıxır. Ona Ş.Bərzgər də daxil olmaqla kürdlərdən ibarət olan yalnız 3 millət vəkili dəstək verir.
Mövzu ilə bağlı Urmiyanın millət vəkili Ruhulla Həzrətpur İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazıb. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.
Urmiyanın digər millət vəkili Nadir Qazipur isə qeyd edib ki, «mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə ehtiyacımız yoxdur».
Urmiyanın millət vəkili Hadi Bahaduri də həmkarları ilə eyni mövqeyi paylaşır. «Mən heç bir iclasda iştirak etməmişəm, F.Hümmətinin vali təyin edilməsinə qarşıyam», - deyə o bildirib.
Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərir. Kürd kökənli F.Hümmətinin Qərbi Azərbaycana vali təyin etməklə bağlı cəhdlər bölgənin kürdləşdirilməsi prosesinə hesablanıb.