“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
23:23 | 27 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 1598 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
«Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli». Bunu «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində «Roma»nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: «İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. İlk oyunda nəticə sarıdan məğlub olsaq da, hamının oyundan zövq almasına çalışdıq. Rəqib layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi sona qədər dəstəklədikləri üçün təşəkkür edirəm».
***
22:22
Çempionlar Liqasının qrup mərhələsinin II turu davam edir.
«C» qrupunda yer alan Azərbaycanın «Qarabağ» klubu Bakı Olimpiya stadionunda İtaliyanın «Roma» komandasını qəbul edib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İtalyanların heyətində Konstantinos Manolas və Edin Dzeko müvafiq olaraq 7 və 15-ci dəqiqələrdə fərqləniblər. «Qarabağ»ın yeganə qolunu 28-ci dəqiqədə Pedro Enrike vurub.
Bu qrupun digər oyununda İspaniyanın «Atletiko» klubu İngiltərənin «Çelsi» komandasını qəbul edəcək.
***
21:01
Xəbər verdiyimiz kimi, bu saatlarda Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdamın «Qarabağ» klubu Bakı Olimpiya Stadionunda İtaliyanın «Roma» komandasını qəbul edir.
«Qarabağ» mötəbər turnirdə ilk qolunu da vurub. Ağdamlıları heyətində Pedro Enrike fərqlənib. «Qarabağ»ın yeni transferi matçın 28-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, hazırda qarşılaşmanın ikinci hissəsi başlayıb və «Roma» hesabda 2:1 irəlidədir.
***
19:14
Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda «C» qrupunda keçiriləcək «Qarabağ» - «Roma» oyununun start heyəti açıqlanıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.
«Roma»nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.
Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.
«Qarabağ» - «Roma» matçı saat 20:00-da başlayacaq.