
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranın Daxili İşlər Nazirliyi Qərbi Azərbaycanın vali postuna bir kürdü təyin edib. Daxili İşlər Nazirliyi tərəfindən bu gün yayılan məlumata görə, Məhəmməd Mehdi Şəhriyarizadə Qərbi Azərbaycana vali təyin edilib. Nazirlik yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq belə bir qərar qəbul edib.
M.M.Şəhriyarizadə Şimali Xorasanda Bocnurdun Qurmanç kürdlərindəndir. O əslən Şimali Xorasan Əyalətinin Aşxana şəhərindən olub.
M.M.Şəhriyarizadə islahatçıdır, o 8-ci parlamentdə Bocnurd şəhərinin millət vəkili olub. 9-cu parlament seçkilərində isə onun səlahiyyəti Nəzarət Şurası tərəfindən rədd edilib.
M.M.Şəhriyarizadənin daxili işlər naziri Əbdulrza Rəhmani Fəzlinin yaxın dostu olduğu bildirilir.
Daxili İşlər Nazirliyi ötən ay ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək istəyirdi, lakin bu, yerli əhali və azərbaycanlı millət vəkilərinin kəskin etirazı nəticəsində mümkün olmayıb.
İslahatçı millət vəkilləri və kürdçülük cərəyanlarının tərəfdarları Qərbi Azərbaycanın vali postuna bir kürdün təyin edilməsi ilə bağlı çoxlu canfəşanlıq göstərdilər. Bu istiqamətdə ən çox, radikal kürdlərlə eyni mövqedə olan Salmasın millət vəkili Şəhruz Bərzgər, həmçinin Bukan, Mahabad, Piranşəhr və Sulduzun kürd millət vəkilləri cəhd göstəriblər.