
Güneydə siyasi basqı
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Azərbaycanlıların kütləvi etirazından vahiməyə düşən rejim kürd kökənli Məhəmməd Mehdi Şəhriyarini Qərbi Azərbaycana vali təyin etdikdən sonra önləyici tədbirlərə başlayıb.
M.M.Şəhriyari, yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq dünən Daxili İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycana vali təyin edilib. Azərbaycanlıları qəzəbləndirən xəbər yayıldıqdan bir neçə saat sonra rejimə bağlı saytlar «Qurmanç kürdü» sözünü müxtəlif yerlərdən, o cümlədən M.M.Şəhriyarinin Wikipedia səhifəsi və tərcümeyi-halından siliblər. «Google» vasitəsi ilə axtarış apardıqdan sonra həmin ifadənin silindiyini hələ də görmək mümkündür. Lakin hazırda Wikipedia səhifəsində «Qurmanç kürdü» sözünə rast gəlinmir.
Görünür ki, rejim radikal kürdlər və PKK kimi kürd terror qruplaşmalarının dəstəklədiyi təyinatın nəticəsindən qorxur və bunun üçün də M.M.Şəhriyarinin milli kimliyi və keçmiş ictimai-siyasi mövqeyini imkan daxilində gizli saxlamağa çalışır.
Güney Azərbaycanda qeyri-rəsmi mənbələr əhalinin Urmiyə hava limanı və Valilik binasının qarşısında toplaşa biləcəyini qeyd edirlər. Bir sıra siyasi təhlilçilər isə bunu uğursuz təyinat adlandıraraq M.M.Şəhriyarinin bəlkə də 6 ay vali postunda qalmayacağını bildirirlər. Onların fikrinə görə, bu təyinatdan sonra Həsən Ruhani hakimiyyəti azərbaycanlıların böyük əksəriyyətinin dəstəyini itirəcək.
53 yaşlı M.M.Şəhriyari Şimali Xorasan Əyalətinin Manə və Semelqan şəhərindəndir, o Qurmanç kürdüdür.
Bundan öncə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ilamlı kürd Fridun Hümmətinin Qərbi Azərbaycanın vali postuna təkliflərlə bağlı belə xəbərdarlıq etmişdir: «Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur», - deyə o vurğulamışdır.
Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərirlər.