Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
13:22 | 15 oktyabr 2017 | Bazar
Məqaləyə 2384 dəfə baxılıb
Şriftin ölçüsü
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Siyasi şərhçi Yunus Şamili «Amerikanın Səsi»nə müsahibədə bu yaxınlarda medianın gündəmində olan İranın ali ruhani liderinin türk dili ilə bağlı ifadələrini dəyərləndirib. Keçən həftə sosial mediada yayımlanan bir videoda Ayətullah Seyyid Əli Xamneyinin 5 yaşlı bir uşaqdan «türk ya fars» olduğunu sual etdiyi görünür. İranın ali rəhbəri sonra uşağın anasına ona evdə türkcə öyrətməsini tövsiyə edir.
Yunus Şamili belə bir ifadələrin yer aldığı bir videonun Seyid Əli Xameneyinin ofisi tərəfindən yayımlanmasını önəmli bir hadisə kimi qiymətləndirir. O, həmçinin videonun toplumun müəyyən qruplarına bir mesaj olduğunu önə çəkir.
«Bu video ilə bağlı önəmli olan bir məsələ budur ki, Xameneyinin türk dili ilə bağlı zehniyyətini açıqlayır. Onun zehniyyətinə görə, bu anaların vəzifəsidir ki türkcəni evlərdə uşaqlarına öyrətsinlər. Yəni, türkcə evdə qalmalı və analar tərəfindən öyrədilməlidir. Məktəbə girməməlidir», deyə siyasi şərhçi bəyan edir.
İsveçdə yaşayan türk fəalın dediklərinə görə, «ana dili uşağın 7 yaşına qədər evdə inkişaf etdirilməlidir. 7 yaşına gəldikdən sonra o dilin inkişafı artıq məktəbdə olmalıdır. Artıq ananın vəzifəsi deyil, məktəbin və toplumun vəzifəsidir ki, dili uşağa öyrətsin».
Şamili əlavə edir, «başqa önəmli məsələ də bu videonun Xameneyinin ofisi tərəfindən yayımlanmasıdır. Yəni, onlar türk dilinin toplumda bir məsələ olduğunu görürlər. Bu məsələnin genişlənməsini, insanların zindanda yatmasını görürlər. Bu videonu kimlər üçün yayırlar? Milli şüuru olmayan ya yarım olan türklərə mesaj göndərmək istəyirlər ki, «rəhbər»in türk dilinə müsbət baxışı var...»
Bəzi fəalların fikrincə, İran İslam Respublikasının liderinin türk dilinin öyrədilməsinə dair sözləri ölkə daxilində türk dil haqları müdafiəçilərinin qanuni fəaliyyət göstərmələri üçün bir zəmin hazırlaya bilər. Yunus Şamili buna inanmadığını ifadə edir.
Şamili hakimiyyət daxilində olan türk və fars siyasətçiləri arasındakı rəqabət və çəkişmələrə diqqət çəkərək bu videonun bu çəkişmələrin tərəflərinə də bir mesaj olduğunu qeyd edir.
«Bir də hakimiyyət daxilində türk və fars siyasətçilər arasında çəkişmələr var. Bu video o məsələyə də bir cavab oldu. Bu videonun yayımlanması ilə, ola bilər ki, həm fars tərəfi sakitləşsin və hücumu azaltsın, həm də türk tərəfi sakitləşib elə düşünsün ki, «rəhbər» onları himayə edir», deyə Yunus Şamili söyləyir.