“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
22:48 | 18 oktyabr 2017 | Çərşənbə
Məqaləyə 1738 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
Çempionlar Liqasının qrup mərhələsində səfərdə «Qarabağ»la heç-heçə edən (0:0) «Atletiko»nun baş məşqçisi Dieqo Simeonenin oyunsonrası mətbuat konfransı təşkil edilib. VAXT.AZ xəbər verir ki, argentinalı mütəxəssis birbaşa sualları cavablandırıb:
- Gözlənilməz nəticə idi. Niyə belə oldu?
- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Komandada xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.
- «Qarabağ»ın oyunu barədə nə deyə bilərsiz?
- Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç) oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, «Qarabağ» müdafiədən hücuma yaxşı çıxırdı.
- Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün «Atletiko»da nə çatışmırdı?
- Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da, ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.
- Necə düşünürsüz, bu gün «Qarabağ» 1 xal qazandı, yoxsa «Atletiko» iki xal itirdi?
- Buna cavab verə bilmirəm. Tənqid edən jurnalistlər var, bu suala onlar cavab verə bilər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da, onlarda alınmadı.
- «Atletiko» 4 oyundu qələbə qazana bilmir. Bu oyunlarda gücünə görə yalnız «Barselona»nı xüsusi fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiz ki?
- Xeyr, bu məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar. (komanda.az)