
11 məhbus öldürülüb
Həbsxanadan qaçarkən toqquşma
Həbsxanadan qaçarkən toqquşma
Minaatanın partlaması nəticəsində bir nəfər yaralanıb
Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım var
Toy yasa çevrildi
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
Binalar ciddi təhlükədə
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
Yavər Camalovun dayısı oğlu saxlanıldı
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
«Qoca» və Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar?!
Bakıda qatardan qaçan dustağa hökm oxundu
Hər kəs üçün hansısa prinsiplər və ayaqlaya bilinməyən ali dəyərlər var
«Çkalov» camaatı öldürülən avtoritetin həyatından nələr danışdı
Sərhədi keçə bilməyən «Qoca» 350 kilometr yolu necə qət edib və niyə Bakıya qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var
Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib
Sənət yoldaşları nələr yazır?
Bakıda qatardan qaçan məhbuslarla bağlı yeni məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, qaçan şəxslərin hər ikisi kriminal aləmdə tanınan şəxslərdən olub. Həm Əli Ağami, həm də Etibar Məmmədov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal «razborka» zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub.
Belə ki, Etibar Məmmədov kriminal aləmdə «Qoca» ləqəbi ilə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə «Krıtıy Elvin» adı ilə tanınıb. Adıçəkilən hər iki avtoritet «Lotu Quli« ləqəbli Nadir Səlifova yaxın avtoritetlərdir.Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub və yol qəzasına salınıb.
Əldə etdiyimiz məlumata görə, hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
Bildirilir ki, kriminal aləm üzvləri Biləcəridə qaçıb və ya qaçırılıb. Lakin onların qatardan qaçdığı xeyli sonra məlum olub. Belə ki, qatar 28 May metrosunun yaxınlığında - Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı hər iki şəxsin qaçdığı məlum olub.