
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Parsabad və Biləsuvarın İran parlamentindəki millət vəkili Araz çayının çirklənməsi nəticəsində bölgədə xərçəng xəstəliyi sunamısı yaşandığını bildirib.
Şəkur Purhüseynin bu barədə açıqlaması «Xaney-i millət» xəbər agentliyinin saytında dərc olunub.«Çox təəssüflər olsun ki, əyalətin şimal bölgəsində həzm sistemi xərçəngi getdikcə artır. Bu o həddə çatıb ki, artıq xərçəng xəstəliyi sunamisi yaşadığımızı söyləyə bilərik», - deyə o qeyd edib.
Azərbaycanlı millət vəkili vurğulayıb ki, «Araz çayında olan böyük həcmdə ağır metallar Ermənistan sənaye müəssisələrindən birbaşa bu çaya axıdılan çirkab suları ilə bağlıdır və bölgədə xərçəng xəstəliyi hallarının artmasının bu səbəbdən irəli gəldiyi ehtimal olunur».
Uzun illərdir Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Avqustun 31-də Araz kənarında minlərlə balığın tələf olması qeydə alınıb. Həmin zaman bir neçə yerli məsul balıqların ölməsində Ermənistanı günahlandıraraq Araz çayının bu ölkə tərəfindən çirkləndirilməsini bildirib. Ötən həftə də Araz çayı kənarında çox sayda balığın tələf olması ilə bağlı şəkil və məlumat yayılıb.