Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:03 | 27 oktyabr 2017 | Cümə
Məqaləyə 3256 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
APA-nın Moskvadakı əməkdaşı Fərid Əkbərov sağ olsun, onun hazırladığı operativ xəbərlər hesabına Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 27-də XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında çıxışı ilə tanış olmaq imkanı qazandıq. Sergey Lavrov həmişəkindən fərqli olaraq Azərbaycanı bu dəfə müsbət mənada bir neçə dəfə xatırlayıb. Rusiya xarici işlər nazirinin çıxışında 3 fikir diqqətimi çəkdi və bu fikirlərin ikisində Azərbaycanın adı birbaşa, digərində dolayı yolla çəkilib.
Lavrovun birinci fikri belədir: «Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir». Sergey Lavrov bu cümləni o mənada işlədib ki, bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunu iki dövlət arasında beş ikitərəfli sənəd imzalanıb. «Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir», – bu cümlə də Lavrova məxsusdur.
Lavrovun ikinci fikri belədir: «Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində «Lotos» xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər». Lavrov bu cümləni isə o mənada işlədib ki, Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır.
Bəli, rəsmi Bakı Lavrovun da qeyd etdiyi Rusiyanın iki bölgəsində - Stavropolda və Həştərxanda xüsusi layihələr icra edir, investisiyalar yatırır, tikinti işləri aparır. Rusiyanın başqa bölgələri də Azərbaycanın onlara yatırım qoymasını arzulayırlar, hətta bu məqsədlə Dağıstan və Çeçenistan rəhbərləri bir neçə dəfə Bakıya təşrif buyurmuşdular. Ancaq rəsmi Bakı əməkdaşlıq üçün Rusiyanın nisbətən sakit və stabil bölgələrini seçib və bununla da hələlik kifayətlənib.
Rəsmi Bakının Rusiyanın bölgələrlə əməkdaşlığının siyasi məqsədi də var. Bakının ümidi Kremlin bu əməkdaşlığın Rusiyanın bölgələri üçün faydalı olduğunu görməsi və bunun fonunda Ermənistanla münasibətlərinə göz gəzdirməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ədalətli yanaşmasıdır. Təəssüf ki, Rusiyanın bölgələrinə edilən yatırımlar Kremin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyib. Rusiya əvvəlki kimi Ermənistanı silahlandırmaqla məşğuldur.
Lavrovun çıxışı zamanı üçüncü fikri də diqqət çəkir: «Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir». Bu o deməkdir ki, Rusiya ABŞ-ın və Avropanın qeyri-kommersiya təşkilatlarının Azərbaycanda boşalan yerlərini doldurmaq istəyir. Lavrov bunu heç gizlətmir: «Qeyri-kommersiya təşkilatlarının xətti ilə qonşu ölkələrlə, MDB və Avrasiya İqtisadi Birliyi dövlətləri ilə daha fəal işləməyi vacib hesab edirəm. Məlumdur ki, vətəndaş cəmiyyəti xətti ilə dialoq əlaqələrimizin möhkəmlənməsi baxımından vacib məsələdir».
Beləliklə, Kreml Azərbaycan kimi ölkələrdə Rusiyanın qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirmək istəyir. Yəni əgər əvvəllər Azərbaycandakı QHT-lərə Qərbin müxtəlif fondları dəstək verirdilərsə, indi bu işi Rusiya görmək istəyir. Azərbaycan üçün bundan qorxulu gedişat ola bilməz. Çünki, Rusiyanın dövlətə bağlı qeyri-kommersiya təşkilatları yerlərdə o təşkilatlara dəstək verəcəklər ki, həmin təşkilatlar Rusiyanın müdafiə etdiyi dəyərləri bölüşsünlər. Krımın ilhaqını, Donbas separatçılarına dəstəyi və ya Abxaziya və Cənubi Osetiyanın tanınmasını necə dəstəkləmək olar? Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də necə ki, Azərbaycanda Qərb fondlarının müxtəlif ittihamlarla fəaliyyətlərinə son qoyuldu, eləcə də Lavrovun yeni ideyasının Azərbaycanda gerçəkləşməsinə icazə vermək olmaz.