“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
01:53 | 1 noyabr 2017 | Çərşənbə
Məqaləyə 1600 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
Oyunun son dəqiqələrində «Atletiko» futbolçularının ardıcıl hücumları qarşısında inamla müdafiə olunan «Qarabağ» komandası UEFA Çempionlar Liqasında ilk səfər xalını aktivinə yazdıra bilib.
Beləliklə, səfərdə 1:1 hesablı sərfəli nəticəyə nail olan Ağdam təmsilçisi Bakıda olduğu kimi, səfərdə də «Atletiko» komandasından 1 xal alıb.
Qrupun digər oyununda isə «Roma» «Çelsi»ni qəbul edib. İtaliyalılar bu görüşdə 3 qollu darmadağınla qalib gələrək qrup liderliyini ələ keçiriblər.
4 turdan sonra C qrupunda vəziyyət belədir: «Roma» - 8, «Çelsi» - 7, «Atletiko» - 3, «Qarabağ» – 2 xal.
***
00:35
İkinci hissədə hesabı bərabərləşdirmək üçün təzyiqi artıran «Atletiko» futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar.
Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib – 1:1.
***
Ağdamın «Qarabağ» futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə «Atletiko» komandası ilə qarşılaşır.
Matçın 40-cı dəqiqəsində «Qarabağ» komandası hesabı açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb – 1:0.
Birinci hissə bu hesabla başa çatıb.
Bir azdan oyunun ikinci hissəsi başlayacaq.
***
23:20
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində qarşılaşacaq «Atletiko» və «Qarabağ» klublarının start heyətləri açıqlanıb.
Komandaların heyətləri:
«Atletiko»: Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran, Kevin Qameyro.
«Qarabağ»: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye, Ramil Şeydayev.
Qeyd edək ki, bu gün «Metropolitano» stadionunda baş tutacaq «Atletiko» – «Qarabağ» matçı saat 23:45-də başlayacaq.
Onu da xatırladaq ki, 3 turdan sonra C qrupunda vəziyyət belədir: «Çelsi» - 7, «Roma» - 5, «Atletiko» - 2, «Qarabağ» – 1 xal.