vaxtlı-vaxtında oxuyun! Cümə, 13 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
«Heç vaxt «heç vaxt» deməyək» 22:53 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç vaxt «heç vaxt» deməyək»

İtaliya mətbuatı «Qarabağ» haqda ...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub. VAXT.AZ xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan «Atletiko» və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.

Yazıda «Atletiko» və «Qarabağ» arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: «Atletiko» yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi «Vanda Metropolitano»da «Çelsi»yə məğlub olub. Bura «Atletiko»nun «Qarabağ»la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, «Atletiko» 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün «Real»la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında «Roma»ya qalib gəlməlidir. Eyni zamanda, «Çelsi» ilə qarşılaşacaq «Qarabağ»ın məğlubiyyətini gözləməlidir. «Qarabağ» son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt «heç vaxt» deməyək».

Qeyd edək ki, qrupda 5-ci turun oyunları noyabrın 22-də keçiriləcək. (apasport.az)