Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
10:19 | 14 fevral 2014 | Cümə
Məqaləyə 3051 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
«Konservatoriyasının yeni binasının açılışı böyük hadisədir və ölkəmizin milli mədəniyyətinin inkişafına böyük təkan verəcək». Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı zamanı çıxışında bəyan edib. Qeyd edək ki, fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. (qafqazinfo.az)
Mehriban Əliyeva deyib: «Mən Sizin hamınızı bu Milli Konservatoriyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, böyük bir hadisədir. Əminəm ki, ölkəmizin milli mədəniyyətinin inkişafına böyük bir təkan verəcək».
Azərbaycanın birinci xanımı görkəmli
mədəniyyət xadimlərinə müraciət edərək onlara dərin hörmətini və məhəbbətini
bildirib: «Sizinlə bizim hər görüşümüz, ünsiyyətimiz mənim üçün çox dəyərlidir.
Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir. Amma mən bir
şeyi də qeyd etmək istərdim ki, siz hamınız, əlbəttə, böyük incəsənət
xadimisiniz. Amma bununla yanaşı, siz böyük şəxsiyyətsiniz. Sizin məhz
Prezident dediyi kimi, Azərbaycan xalqının ən gözəl ənənələrinə sadiq
olmağınız, həyat tərziniz, təvazökarlığınız həm gənclər, həm də ümumiyyətlə,
Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə bizim
cəmiyyətdə ümumbəşəri dəyərlərin yaşaması, - çünki bu, doğrudan da, bu gün çox
vacibdir, - humanizm dəyərlərinin yaşaması üçün mən sizə cansağlığı və uzun
ömür arzulayıram. Mən də hər zaman əlimdən gələni etməyə hazıram. Sizə
cansağlığı diləyirəm».
Qeyd edək ki, görüşdə tanınmış mədəniyyət xadimləri Azərbaycan milli mədəniyyətinin inkişafına və onun dünyada təbliğinə verdikləri böyük töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.