
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbriz İnqilab Məhkəməsi tərəfindən “rəhbəri təhqir etmə” ittihamı ilə 2 il azadlıqdan məhrum edilən Əmir Ramin Fərd həbs edilib. “Herana” agentliyinin yaydığı məlumata görə, o iyulun 13-də Təbriz Ədliyyə Şöbəsinin Hökmləri İcra edən Bölümünə müqraciət etdikdən sonra həbs cəzasını çəkmək üçün bu şəhərin zindanına aparılıb.
Təbriz sakini ötən ilin son aylarında Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparma” ittihamına görə 1 il və “şəkilini yandırmaqla rəhbəri təhqir etmə” ittihamına görə 2 il həbs cəzasına məhkum edilib. İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən verilən ən ağır cəza, yəni 2 il həbs hökmü icra olunmalıdır.
Əmir Ramin Fərd həbsindən əvvəl bir məktub yazaraq İran zindanlarında siyasi məhbusların şübhəli ölümlərini xatırladıb və elan edib ki, həbs müddətində hər hansı oxşar hadisə baş verərsə, bunun məsuliyyətini hökumət daşıyacaq. O məktubda məhbusların vəziyyətini öyrənmək üçün beynəlxalq heyətlərdən İran zindanlarına baxış keçirməsini də istəyib.
Əmir Ramin Fərd 2018-ci il iyunun 28-də Sina Zirək Qaraməleki, Əhməd Nədərxani və Əli Nədərxani ilə birlikdə Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, bir müddət sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.