
Avstraliya sualtı qayıq donanması qurur
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Hücumdan sonra çimərliklər bağlandı
17 ölü, 21 yaralı
Hökumət binaları yandırılıb, ölənlər var
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
AB-dən Trampa Rusiyaya münasibətdə sərt tənqid
Sinaqoqda baş verən yanğında İranın barmağının olduğu müəyyən edilib
İki polis ölü, biri yaralanıb
5 ölü
18 milyon dollara lüks hotelə çevrildi
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
Qiymət gününə davam gətirəcək 5 ölkə
11 Sentyabr hücumlarında həyatını itirən daha üç nəfərin kimliyi müəyyən edildi
Dünyanın ən böyük meqapolisini silkələyən hücumdan sonra şəhərin “terrorla mübarizə” fondu da kəsilib
“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir
İntihar məktubu ilə gələn terror – Amerikan futbolu yoxsa sistem faciəsi
Nyu-Yorkun «Les Enluminure» qalereyasının əməkdaşları yenicə əldə edilən əlyazmaların birində kenquru rəsmi aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu fakt Avstraliyanın kəşf olunması ilə bağlı tarixçilərin mövqeyini dəyişə bilər.
Yeni tapıntı ilə bağlı «The Age» jurnalının əməkdaşları ictimaiyyətə ətraflı məlumat veriblər. Bu əlyazma kilsə mahnılarının notlarının yer aldığı Əlyazmalar Qalereyası tərəfindən portuqaliyalı kolleksiyaçıdan 15 min dollara alınıb. Onun 1580-1620-ci illərə aid olduğu bildirilir.
Tarixdən məlumdur ki, Avstraliyaya ilk
dəfə 1606-cı ildə hollandiyalı Billyem Yanszon ayaq basıb. Beləliklə, yeni
sənəd Avstraliyanın kəşfində portuqaliyalıların öndə olduğunu göstərir. «Ya bu
manuskriptin müəllifi Avstraliyada olub, ya da Avstraliyada yaşayan heyvanların
təsvirləri həmin vaxt Portuqaliyada məlum idi», - deyə qalereyanın əməkdaşı
şərh verib.
Bəzi tədqiqatçıların fikrincə, portuqaliyalılardan öncə, Avstraliyanı indoneziyalı ovçular kəşf edib. Elmi dairələrdə bu məsələ ilə bağlı müzakirələr hələ də davam etdirilir.