
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Dünən Təbriz şəhərində Azərbaycan konsulluğu qarşısında keçirilən Azərbaycana dəstək aksiyasında az yaşlı qız İran təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Təbrizdəki aksiyadan yayılan şəkillərdə bu qızın Azərbaycan bayrağını götürdüyü göstərilir. Bəzi məlumatlarda, azyaşlı qızın saxlanılaraq döyüldüyü bildirilib.
İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq iyulun 16-da güney azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirib.
Təbrizdə dəstək aksiyası Azərbaycan Respublikasının konsulluğu qarşısında həyata keçirilib. Aksiyaçılar güney azərbaycanlıları “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.
Əldə edilən son məlumatlara əsasən, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 10-dan çox milli fəal saxlanılıb.
Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən yürüş zamanı tutuqlananlardan hələlik sadəcə Rəhim Sasaniyan, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasaniyan və Yasəmin Zəfərinin adları bəlli olub.
Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı aksiyada milli fəal Həmid Cabbarlının saxlandığı bildirilib.
Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.
Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da Təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra həbs edilib.