
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Milli fəal Əmir Səttari Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi tərəfindən 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.
Əmir Səttariyə daha öncə həmin məhkəmədə verilən bu hökmün 50 günü 2 il müddətində şərti olaraq dayandırılmışdı. Bu hökm bir daha nəzərdən keçirilərək həmin hökmün şərti olaraq dayandırılan hissəsi qaldırılıb.
Təbriz şəhərinin sakini olan milli fəal Əmir Səttari, daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə günahkar tanınıb, 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi ki, verilən bu hökm Apelyasiya Məhkəməsində qüvvədə saxlanılıb.
Səttari 2021-ci ilin iyul ayında Təbrizdə İranın ərəb icmasının dövlətə qarşı etirazlarına dəstək olmaq məqsədilə keçirilən mitinqlə əlaqədar həbs edilmişdi.
O, iyulun 22-də mitinqlərdən 2 gün öncə İranın kəşfiyyat agentləri tərəfindən göz altına alınaraq Təbrizdə Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib, bir müddət sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.
Daha öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı dəfələrlə həbs edilən Əmir Səttari avqustun 15-də girov müqabilində sərbəst buraxılmışdı.
Ötən ilin İyul ayının 24-də başda Təbriz olmaqla, İran Azərbaycanında yaşayan bir çox güneyli vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyaları keçirmişdilər.
Bu mitinqlərlə əlaqədar bir çox sayda güneyli vətəndaş həbs edilərək, fərqli cəzalara məhkum olunub.