
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Türk dil haqları fəallarının başlatdığı #Manofarsi (Mən və Farsca) kampaniyası İranın müxtəlif qeyri-fars icmalarına mənsub minlərlə sosial media istifadəçinin dəstəyi ilə artıq bir sosial media hərəkatına çevrilib.
Kampaniyanın təşəbbüskarlarından sosioloq Sevil Süleymani Amerikanın Səsinə müsahibədə deyir ki, bu kampaniya eyni zülmlər və eyni ayrı-seçkiliklərə məruz qalan insanlara ortaq dərdlər və travmalarını anlatmaq üçün imkan verdi.
O, bu həştəq altında irqçilik və seksizmin birləşdiyi hekayələrin də ortaya çıxdığını önə çəkir.
10 gündən artıqdır ki, İranın türk, ərəb, kürd, türkmən, bəluç, gilək, lur və digər etnik icmalarına mənsub minlərlə istifadəçi həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini “Mən və Farsca” həştəqi ilə paylaşırlar.
Sevil Süleymani bu kampaniyanın fikrinin onun öz şəxsi təcrübələrindən çıxdığını qeyd edir.
“Bu kampaniyanın düşüncəsi oradan gəlir ki, mən öz şəxsi təcrübəmi, yəni məktəbin ilk günündə yaşadıqlarımı paylaşmışdım. Belə ki, məktəbə getdiyim ilk gündən müəllim farsca danışırdı. Mən o təsvirləri və o söhbətləri anlamırdım. Heç bir şeyi anlamırdım. O günlərdə yaşadığım o qorxu, o travma illərlə mənimlə qaldı. Bunu mən bir gün “Facebook”da paylaşdıqdan sonra bir çox mesaj aldım ki, onlar da eyni təcrübəni yaşayıblar,” o söyləyir. “Bu məni düşündürdü ki, bizim ortaq dərdimiz var. Eyni təcrübələrdən, eyni zülmlərdən keçmişik. Ancaq, heç vaxt bizim hekayələrimiz İranın nə mediasında, nə akademiyasında, nə də kitablarında, heç bir yerdə əks edilməyib. Hətta biz bunları danışanda bizi lağa qoyurlar.”
“Mən və Farsca” kampaniyası Sevil Süleymaninin də banilərindən olduğu “İranda təkdilliliyə son!” təşəbbüsü tərəfindən başladılıb.
“Biz keçən il İranda təkdilliliyə son! kampaniyasını başlatdıq. Bu il bu qərara gəldik ki, Dünya Ana Dili Günü üçün bir kampaniya başladaq və bir neçə həftə öncədən istəyək ki, qeyr-farslar təhmil olunmuş dil ilə əlaqədar öz təcrübələrini anlatsınlar. İstədik ki, bunlar sənədləşdirilsin. Biz başqa bir həştəq seçmişdik. Amma “Twitter” istifadəçilərindən biri öz təcrübəsini #Manofarsi (Mən və Farsca) həştəqi ilə yazdı. Bu həştəq açıq qoyurdu ki, fars dili ilə əlaqədar bütün yaşadıqlarını yazsınlar. [Qeyri-farsların] farsca ilə təcrübələri ola bilər ki, bir travma olsun. Çünki, biz türklər bir sıra səsləri farslar kimi tələffüz edə bilmirik. Bu hər zaman bizi lağa qoymaları üçün hədəf halına gətirir. Mən və Farsca ilə artıq o hekayə onu anladan şəxsin əlindədir. Haraya götürmək istəyirsə götürə bilir”.
İran rəsmiləri və dövlət mediası #Manofarsi kampaniyasına sərt reaksiya göstəriblər. Sevil Süleymani deyir ki, pan-İranist qüvvələr tərəfindən təpki gözləsəydi də, bu təpkilərin dövlət səviyyəsinə yüksələcəyini gözləmirdi.
“Mən kampaniyanın bu qədər geniş yayılacağına da inanmırdım,” o, söyləyir. “Yəni, bilirdim ki, yayılacaq. Bilirdim ki, insanlar bu dərdi yaşayıb. Amma, o təhqirlər İran toplumunda o qədər dərindir ki, yəni, türklər öz aralarında belə bu söhbətləri etmirlər. İlk dəfə bu kampaniya sayəsində o pərdələr qırağa çəkildi. Artıq utanmadan, o təhqir hissini yaşamadan gəlir və yazır ki, mən indi professor olmuşam, amma birinci sifində bunları yaşamışam. Və ya, mən universitetdə danışanda hamı mənə gülüb. Mən o pan-İranist qüvvələr tərəfindən təpki gözləyirdim. Amma, bu təpkilərin dövlət səviyyəsinə çatması bu həştəqin nə qədər geniş yayıldığını göstərir. Göstərir ki, bu kampaniya İran dövlətçiliyinin əsasını, yəni fars milliyyətçiliyini hədəf ala bilib”.
Sosioloq əlavə edir ki, #Manofarsi həştəqi altında irqçilik və seksizmin birləşdiyi hekayələr də ortaya çıxdı.
“Həştəqlərə baxanda, içində bir çox irqçilik hekayələri var. Cinsiyyət ilə bağlı təhqirlər var. Yazır ki, mən türk qadını olduğum üçün mənə belə deyirdilər və ya mən gilək qadını olduğum üçün belə deyirdilər. Yəni, məktəbin birinci sinfində yaşanan təcrübələrə məhdud qalmadı. Təhqir olunmuş bütün kimliklərin acılarını ortaya çıxardı. Bu, kampaniyanın ən böyük uğurlarından biri bu idi”, deyə sosioloq əlavə edir.