
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran Azərbaycanının Təbriz şəhərinin sakini, milli fəal Ruzbeh Piri yanvarın 12-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
HRA xəbər agentliyində dərc olunan məlumata görə, güneyli Pirinin həbsi üçün atasının evinə 15 təhlükəsizlik qüvvəsi gəlib.
Daha öncə Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 il həbsə məhkum edilən Ruzbeh Pirinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması, həmin türk fəalın cəzasını tətbiq etmək məqsədilə həyata keçirildiyi güman edilir.
Keçən ilin dekabr ayında Ruzbeh Piri İnqilab Məhkəməsi tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “hökumətə qarşı qruplara üzv olmaq” ittihamlarından müvafiq olaraq 1 il və 5 il həbs cəzasına məhkum edilmişdi.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Apelyasiya Məhkəməsi tərəfindən fəalın vəkili təyin edilən Əsgər Məhəmmədiyə göndərilən vərəqədə Piriyə verilən hökmün 3 il 8 ay müddətinə endirildiyi bildirilir.
Ruzbeh Piri keçən il sentyabrda kəşfiyyat agentləri tərəfindən ağır vəziyyətdə döyülərək həbs edilmişdi. O, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb cəmi 20 gün nəzarətdə qaldıqdan sonra müvəqqəti olaraq girov müqabilində sentyabrın 29-da sərbəst buraxılmışdı.
Milli fəal müvəqqəti olaraq azadlığa çıxdıqdan sonra təhlükəsizlik qüvvələrinin onu həbs edərkən döydüyü barədə məhkəməyə şikayət etsə də, məhkəmə fəalın şikayətini təmin etməyib.
Ruzbeh daha öncə qardaşı Yaşar Pirinin təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar şəkillərini sosial mediadan yaydığı üçün “yalan yaymaq” ittihamından günahkar tanınaraq, 5 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.