
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Fevralın 13-də Təbrizdə bir qrup səyyar satıcı aksiya keçiriblər. Onlar bələdiyyə və polis məmurlarının aşağılayıcı davranışlarına etiraz ediblər.
Dolanışığın çətin olduğunu, bir tikə çörəkdən ötrü min əzaba qatlaşdıqlarını vurğulayan satıcılar belə bir dönəmdə hökumət məmurlarının onların çalışmasına imkan vermədiyini bildirblər.
Onların sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq satıcılıq fəaliyyəti üçün onlara şərait yaradılmır.
Bir neçə gün bundan öncə polis və bələdiyyə məmurlarının əlil satıcını döyərək təhqir etməsi səyyar satıcılarla yanaşı əhali arasında da etirazlarla qarşılanmışdı.
Qeyd edək ki, bu son aylar Təbrizin səyyar satıcılarının keçirdiyi sayca 5-ci etiraz aksiyasıdır.
Son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar etiraz aksiyası keçiriblər.
Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.
Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desə də, bu günə kimi bu gerçəkləşməyib.
Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.
Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.