
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Son həftələr ərzində müəllimlər İran Azərbaycanının bir çox böyük şəhərində, o cümlədən Təbriz, Urmiya və Zəncan da daxil olmaqla İranın digər şəhərlərində dolanışıq şəraiti və maaşlarının az olmasına qarşı etiraz mitinqləri keçiriblər. Etiraz mitinqlərində iştirak edən müəllimlər “maaşların tənzimlənməsi” layihəsinin dərhal tətbiq edilməsini tələb ediblər.
Hazırda İranda 15 müəllim və təqaüdə çıxan müəllim həmkarlar ittifaqı fəalının həbsxanada saxlanılır.
Həbsdə olan azərbaycanlı müəllim Lətif Ruzixahın 7 ay həbs cəzasını çəkmək üçün Güney Azərbaycanın Culfa şəhərinin həbsxanasına köçürüldüyü bildirilir.
Şərqi Azərbaycan vilayətinin müəllimlərin həmkarlar ittifaqının idarə heyəti üzvü Lətif Ruzixah daha öncə Culfa İnqilab Məhkəməsi tərəfindən “İslam Respublikası nizamına qarşı təbliğat aparmaq” ittihamından günahkar tanınaraq, 7 ay həbs cəzasına məhkum edilmişdi.
Bundan əvvəl təqaüdçü olan culfalı müəllim noyabrın 10-da şəhərin İnqilab Məhkəməsində ona qarşı irəli sürülən sistemə qarşı təbliğat aparmaq ittihamından özünü müdafiə etmişdi.
Digər Azərbaycanlı təqaüdçü müəllim, həmkarlar ittifaqı fəalı olan Zeynəb Həmrəng Tehranın Evin Həbsxanasında 6 illik həbs cəzasını çəkməkdədir.