
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Tanınmış siyasi məhbus Əlirza Fərşinin müalicəsi və göz əməliyyatı üçün tibbi məzuniyyəti uzadılıb. Fərşi yanvarın 27-də Tehranın “Bina” xəstəxanasında göz əməliyyatı keçirib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi yanvarın 26-da müalicə olunması ilə bağlı tibbi sənədləri Baharistan Ümumi və İnqilab Prokurorluğunun Hökmlərin İcra bölməsinə təqdim edib və fəalın tibbi məzuniyyəti bir həftə uzadılıb.
Həbsdə olduğu zamandan bəri qan şəkərinin yüksəlməsi, sol göz infeksiyası və sağ əlində uyuşma kimi xəstəliklərdən əziyyət çəkən siyasi məhbus Əlirza Fərşi müalicə olunmaq üçün yanvar ayının 9-dan etibarən Böyük Tehran Həbsxanasından 600 milyon tümənlik girov müqabilində 18 gün müddətinə məzuniyyətə buraxılıb.
Türk dili haqları üzrə dinc fəaliyyətlərindən dolayı həbs edilən Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyi üçün saxlanılıb və məhkəmə tərəfindən 2 il həbs cəzasına məhkum olunub.
Güneyli milli fəal Əlirza Fərşi ötən ilin yanvar ayında həbsdə olduğu zaman ona qarşı açılan yeni bir dosyedə “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 3 il 6 ay və “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə də 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə həbs cəzasına əlavə olaraq, Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.