
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranın Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində 1400-cü Hicri ilinin ilk 10 ayında yaşı 14-ə çatmamış 58 uşaq evləndirilib. 150,000-dən az əhalisi olan Şəbistər şəhərinin Rifah İdarəsinin müdiri Əhəd Nərimani bu haqda yarı-rəsmi Mehr agentliyinə məlumat verib. O, uşaq evliliyinin getdikcə artdığını söyləyib.
Nərimaninin açıqladığı məlumata əsasən, 1400-cü Hicrinin ilinin ilk 10 ayında şəhərdə qeydiyyata alınan nikahların 43 faizi 19-dan aşağı yaşlarda baş verib.
Rifah İdarəsi müdiri Şəbistərdə həmçinin intihar hallarının narahatedici bir şəkildə artdığını qeyd edib. O, iqtisadi səbəblər və təşviş kimi amillərin intihara yol açdığını bildirib.
İranda erkən yaşda nikah halları dövlət qurumlarının dəstəyi və təşviqi ilə getdikcə artmaqdadır. Rəsmi statistik məlumatlara görə, ölkədə hər il on minlərlə yaşı 14-dən aşağı və yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.
İranda uşaq nikahları İran Azərbaycanı başda olmaqla əsasən etnik azlıqların məskunlaşdıqları vilayətlərdə baş verir.