
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
“Bu hesabat bir neçə baxımdan diqqət çəkir, amma etnik ayrı seçkiliklərlə və təzyiqlərlə bağlı məsələlərə elə də geniş yer verilməyib”. Bu sözləri ABŞ Dövlət Departamentinin bu həftə ictimailəşdirdiyi dünyada insan haqlarının durumu ilə bağlı hesabatın İranla bağlı hissəsini şərh edərkən Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı dedi.
ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, İran hökuməti ölkənin etnik azlıqları olan azərbaycanlılar, kürdlər, əhvaz ərəbləri, bəluclar və digər qrupların şikayətlərini dinləmir, onların tələblərini səsləndirməyə imkan vermir və fəalların həbsi də daxil olmaqla onları təqib edir.
Ramin Cabbarlının sözlərinə görə, hesabatda İranda etnik haqlarını müdafiə edən fəallar arasında uzunmüddətli həbs cəzası alanlar, işgəncəyə məruz qalanlar, mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı ayrı seçkiliklər haqda qısa məlumat verilir.
Qlobal istiləşmənin və suya çıxışın azalması ilə bağlı problemlərin dünyanın bir çox yerində müşahidə edildiyini qeyd edən Ramin Cabbarlı əlavə etdi ki, İranda bu problemlərin həlli məsələsində etnik azlıqların yaşadığı ərazilər, digər ərazilərdən fərqli olaraq diqqətdən kənarda qalır:
“Sərmayələr, suya daha çox ehtiyacı olan fabrikləri mərkəzdə, farsların daha çox yaşadığı ərazilərdə tikilir və suları həmin ərazilərlərə başqa etniklərin yaşadığı yerlərdən yönləndirirlər. Bu baxımdan başqa etniklər buna görə əziyyət çəkirlər. Ərəblər ona görə etiraz edirdilər uzun müddət.”
Etnik azərbaycanlıların ətraf mühitlə bağlı problemləri haqda danışarkən Ramin Cabbarlı qeyd etdi ki, Urmiya gölündə müşahidə edilən qurumanın nəticəsində həm orada yaşayan insanların sağlamlığına təhlükə yaranır, həm də ərazilərə təsir edərək, oranı əkin üçün yararsız edir.
“Azərbaycanlılar mədəni haqlarını, siyasi təmsilçilik haqlarını tələb etdikləri kimi, insan haqları ilə iç-içə olan ətraf mühitlə bağlı haqlarından bəhs edir və dövlətin addım atmasını tələb edirlər”.
Ramin Cabbarlı həmçinin bildirdi ki, sosial medianın populyarlaşması ilə etnik azlıqların yaşadığın problemlər haqda həm ölkə daxilində, həm də ölkə xaricində məlumatlılığı artırsa da, bu məlumatlılıq etnik azlıqların yaşadığı ayrı seçkiliyin aradan qaldırılmasına təkan verməyib.
“Əgər mədəni haqlardan danışırıqsa, mədəni haqlar verilməyib. Əgər azərbaycanlı kimliyi ilə bağlı siyasi təmsilçilikdən söhbət gedirsə, hər hansı bir dəyişiklik yoxdur. Təəssüf ki, nə siyasi, nə iqtisadi, nə də mədəni məsələlərdə dəyişikliklər yoxdur”.
Etnik azlıqların hüquqlarının müdafiə edən fəalların üzləşdiyi təzyiqlərdən danışarkən Ramin Cabbarlı qeyd etdi ki, bu təzyiqlər müxtəlif formalarda olur və şifahi təhdidlərdən tutmuş həbs cəzalarına qədər dəyişə bilir: “Bizim son illər gördüyümüz trend odur ki, daha uzunmüddətli həbs cəzaları verilir. Məsələn, son illər ən uzunmüddətli həbs cəzası alan azərbaycanlı fəal Səid Mətinpur idi ki, 8 illik həbsə məruz qalmışdı. İndi isə 8 il, 9 il, 15 il həbslər görürük. Məsələn, Abbas Lisani 15 ildən artıq həbsə məhkum edilib”.
Keçən ay Məşhəd şəhərində İran və Livan futbol yığmalarının dünya çempionatının seçmə mərhələsində keçirdikləri beynəlxalq matçda iranlı qadın azarkeşlərin stadiona giriş üçün biletlərinin olmasına baxmayaraq, içəri buraxılmadıqlarını və bəzilərinə qarşı bibər qazının istifadə edildiyini şərh edən Ramin Cabbarlı bildirdi ki, İranda qadınlara qarşı olan ayrı seçkilik yalnız idman yarışları ilə bağlı deyil və hakimiyyətin bütövlükdə ictimai yerlərdə qadınların iştirakı ilə bağlı problemi var.
“FIFA və digər bənzər idman təşkilatları beynəlxalq matçlarla bağlı hakimiyyətə təsir edə bilir, amma bu problemi həll etmir. Başqa yerlərdə problemlər qalır. Qadınların geyimləri ilə bağlı hər hansı bir azadlığı yox, vərasət məsələsində ayrı seçkilik var, ailədaxili şiddət yüksək dərəcədə, qadınların sığınacaq yerləri yoxdur... Bütün bunlar davam edir. Əslində ciddi bir dəstək də yoxdur. Təəssüf ki, İranda güclü bir feminist hərəkatdan danışmaq mümkün deyil”.