
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranın ABŞ-dan İslam İnqilabı Qvardiyasını (SEPAH) Xarici Terror Təşkilatları siyahısından çıxarmasını tələb etməsi İranla nüvə sazişinin yekunlaşması önündə ciddi bir maneəyə çevrilib. Siyasi fəal Mahmud Bilgin Qərb tərəfində ciddi bir dönüş yaranmadığı təqdirdə SEPAH-ın sanksiya siyahısından götürülmə ehtimalının çox zəif olduğunu ifadə edir.
“SEPAH sadəcə bir hərbi qurum və ya qüvvə deyil. SEPAH deyəndə, İranın iqtisadiyyatını əlində tutan bir qüvvədən söz gedir. SEPAH əlavə olaraq ali rəhbərə bağlı cürbəcür fondlarda aparıcı rol oynayır. Yəni, SEPAH-ın sanksiyada olması, bunların hamısının sanksiya altında olması deməkdir,” Bilgin söyləyir.
O, SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmasının İran hakimiyyəti üçün həyati əhəmiyyət daşıdığını önə çəkir:
“İran rejiminin nəfəs alması üçün SEPAH sanksiyalar siyahısından çıxarılmalıdır. Buna görə, Qərbdə ciddi bir dönüş olmasa, ehtimalı azdır ki, SEPAH üzərində sanksiyalar götürülsün. Bu da Rusiyanın savaşından asılıdır. Əgər bu savaş çox uzun sürsə və Qərb enerji məsələsini həll edə bilməsə, mümkündür ki, böyük bir güzəştə gedib və SEPAH-ı siyahıdan çıxarmağı qəbul etsin”.
Bilgin deyir ki, danışıqların nəticəsindən asılı olmayaraq, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr sazişli və ya sazişsiz gələcəyə hazırlanmaq üçün siyasi alternativ olma yönündə addım atmalıdırlar.
“Müzakirələrin nəticəsi nə olursa olsun, Güney Azərbaycan Milli Hərəkatı siyasiləşmə yolunda addım atmalıdır. Bu yolda vahid bir şüar, yəni “azadlıq, ədalət, milli hökumət” şüarı əsas tutulmalıdır. Bizim hərəkat Güney Azərbaycanda aparıcı gücdür. Amma hərəkat artıq iqtisadiyyat, işsizlik və əhalinin başında olan digər bəlalar fonunda rejimə meydan oxumağı bacarmalıdır. Əlbəttə, bu xüsusda milli hərəkatımızın qüvvələri arasında söhbətlər gedir,” deyə siyasi fəalın qeyd edir.
“Biz hərəkat olaraq rejimə qarşı bir alternativ ortaya qoya bilməsək və millətimiz, gələcəyi üçün bizim milli hərəkat və onun qüvvələrinə ümid bağlamasa, bizim işimiz asan olmayacaq. Keçən il gözəl bir təcrübə oldu. Basqı və əzilməyə məruz qalan ərəb millətinə Təbrizdə dəstək aksiyaları oldu. Bu göstərdi ki, Azərbaycanda siyasiləşmə yönündə böyük bir potensial vardır. İndi onun davamında, biz millətin iqtisadi problemlərini [gündəmə gətirməliyik]. Rejimin içində iqtisadi və inzibatı korrupsiya o qədərdir ki, saziş olsa belə, rejim bu iqtisadiyyat məsələsini həll edə bilməyəcək,” Mahmud Bilgin əlavə edir.