Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:29 | 23 aprel 2022 | Şənbə
Məqaləyə 1089 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiyanın Qara Dəniz donammasının flaqmanı, “Moskva” kreyseri haqqında rəsmi məlumatların xronologiyası Kremlin müharibə ilə bağlı informasiya siyasətinin primitiv yanaşma və yalanlar üzərinə inşa etdiyini bir daha sübut etdi.
Ukrayna tərəfindən “Moskva”nın vurulması ilə bağlı ilk xəbərlər çıxan kimi Rusiya hər şeyi inkar etdi – Solovyovun iyrənc təbliğatçı “əkizi” Skabeeva “60 minut” verlişində elan etdi ki, bu Kiyevin növbəti yalanıdır, kreyserə heç nə olmayıb. Bir neçə saatdan sonra Kreml rəsmi şəkildə elan etdi ki, gəmidə yanğın olub, tez söndürülüb, gəmi üzmə qabiliyyətini itirməyib və Krıma doğru yol alıb. Bu xəbərdən bir müddət sonra Kreml etiraf etdi ki, bəli, gəmidə yanğın olub, silah-sursatlar yanğına görə detonasiya edib, partlayış olub, amma kreyser yedək gəmi ilə Krıma buksir olunur. Hadisədən 48 saat sonra Kreml elan etdi ki, gəmi batıb, amma bütün ekipaj üzvləri xilas edilib, ölən və yaralanan yoxdur. “Moskva”nın batmasından 5 gün sonra Kreml ekipaj üzvləri ilə görüş olduğuna dair kadrlar yaydı və yenə də israrla, “ölən-yaralanan yoxdur”, dedi.
Bundan sonra Rusiyanın sosial şəbəkələrə total nəzarət etmək cəhdinə baxmayaraq məhz şəbəkələrdə ölən, itkin düşən əsgər və zabitlər haqqında qohumlarının fəryad dolu yazıları yayılmağa başladı. Rəsmi Kreml susmağın artıq mənasız olduğunu görüb dünən məcburən yeni açıqlama verdi – 1 nəfər, miçman İvan Vaxruşev həlak olub və 27 nəfər isə itkin düşüb, 396 nəfər ekipaj üzvü isə xilas olunub.
Ukrayna müharibəsindəki çoxsaylı ölümləri Rusiya etiraf edə bilmir, öz təbliğatını Kreml itkiləri hissə-hissə açıqlamaq üzərinə qurub. Amma istənilən rəsmi məlumat maraqlı detallarla doludur – “Moskva” gəmisində 424 nəfər şəxsi heyət olub, artıq 28 nəfərin öldüyünü (itkin düşmək söhbəti təbliğatdır – özü də çox alçaq təbliğat növüdür, itkin düşdükləri deyilən əsgərlərin yaxınlarına yalançı ümid verirlər, bu psixoloji cinayətdir) elan etdilər. Yerdə qalan 396 nəfərin yaralı olub-olmadığı haqqında heç nə demədilər, bu da təbliğatın taktiki addımıdır. Bir neçə gün sonra 396 nəfərin böyük bir hissəsinin ağır yaralı təxliyə edildiyini söyləyəcəklər, hər həftə bir neçə nəfər yaralının öldüyünü elan edəcəklər.
Kreml təbliğatının iyrənc və primitiv taktikası belə qurulub...