
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranda təqaüdçülərin ənənəvi bazar günü mitinqlərinin davamında yüzlərlə təqaüdçü aprelin 24-də Təbriz və İranın bir neçə digər şəhərində piket keçirib. Əmək hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizdə Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər təşkilatın Şərqi Azərbaycan vilayəti baş idarəsinin önündə toplaşıb.
Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, bu bazar günü təqaüdçü aksiyaları Təbrizdən əlavə Ərak, Kirmanşah və İlam şəhərlərində də baş tutub.
Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülərin təmsilçiləri əvvəlki həftələrdə agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.
Son günlərdə Təbrizdə Şərqi Azərbaycan vilayətinin təlim və tərbiyə baş idarəsinin önündə də etiraz aksiyası keçirilib. “İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalı aksiyanın aprelin 21-də müəllimlər, habelə məktəb xidmətçiləri və qapıçıları tərəfindən təşkil olunduğunu bildirib. Aksiyaya qatılanlar İranın Təhsil Nazirliyinə çalışan müəllimlər və məktəb qapıçıları üçün “yoxsulluq səviyyəsinin üstündə” maaş tələb ediblər.
Son bir neçə ay ərzində İranda müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər. Mitinqlərdə ən çox “maaşların bərabərləşdirilməsi” tələbi gündəmə gətirilir.