Qacarlar nəslinin məşhur davamçısı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
29 yaşlı Ərfan Şükurzadə Evin həbsxanasından Qızılhasara köçürüldü
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Aprelin 25-də keçirilən idman yarışında milli fəallar Azərbaycan torpaqlarına iddia edənlərə cavab veriblər. Aprelin 25-də Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində “Ayəndesazan-e Sulduz” və “Milan” futzal komandaları arasında keçirilən keçirilən yarışda milli fəallar türkcə şüarlar səsləndirərək Azərbaycan torpaqlarına iddia edənlərə, özəlliklə etnik kürd qruplaşmalarına, terror təşkilatlarına cavab veriblər.
“Bu torpaqdan pay olmaz-Urmu Kürdüstan olmaz”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və başqa bu kimi şüarlar idman arenasında səsləndirilib.
Bundan öncə aprelin 11-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Şəhid Bakiri” stadionunda Əhvazın “Fuladi Novin” və Urmiyanın “90 Urmiya” futbol komandaları arasında keçirilən qarşılaşmada da fəallar oxşar şüarlar səsləndirmişdilər.
Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə tətbiq olunan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər.