
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Bəzi fəallar İran Azərbaycanındakı milli hərəkatın İranın siyasi və iqtisadi durumu və ölkədə baş verən hadisələrə münasibətdə passiv mövqedən çıxış etdiyini irəli sürürlər. Fəallar milli hərəkatın İranın siyasi mühitində bir alternativ kimi ortaya çıxmasının vaxtının gəldiyini deyirlər.
Milli fəal Cavad Abbasi Amerikanın Səsi ilə söhbətdə deyir ki, Güney Azərbaycan Milli Hərəkatı vaxtı gəldiyində siyasi meydanlarda iradəsini əks etdirməsə heç bir hüquqmuza çata bilmərik.
Abbasi nüvə sazişi mövzusu, Rusiyanın Ukraynaya hücumu, habelə böyük qüdrətlərin siyasətlərinə işarə edərək müxtəlif ölkələrdə ciddi dəyişikliklərin baş verəcəyini ifadə edir.
O, hazırki vəziyyətdə milli qüvvələr arasında birliyin təsis edilməsinin milli hərəkatın başlıca ehtiyacı olduğunu vurğulayır: “Siyasiləşmənin birinci mərhələsini öz içimizdən başlamalıyıq. Bu gün İslam Cümhuriyyəti rejimi və pan-İranist qüvvələr bizi bölüb parça-parça ediblər. Buna görə, bizim aktivistlərimiz və milli-siyasi təşkilatlarımız arasında güc birliyi və iş birliyi çox aşağı səviyyədədir. Yəni, millətimizin potensialına uyğun bir səviyyədə deyil. Dolayısı ilə ilk olaraq bizim milli-siyasi təşkilatlarımız və şəxsiyyətlərimizin iştirakı ilə təşkilatlar üstü bir qurum yaranmalıdır”.
Abbasi deyir ki, milli hərəkata mənsub qüvvələr İran Azərbaycanındakı siyasi, iqtisadi və ictimai problemlərə münasibətdə yetərincə aktiv olmasalar da, passiv deyillər.
“Milli hərəkatımızda o məsələlərə önəm verilmir deyil. Amma yetərsizdir. Məncə bir iş birliyi mexanizmi yaransa, biz içərini səfərbər edə bilərik. Millətimizi əlaqələndirən bütün məsələləri, o cümlədən iqtisadiyyat, sağlamlıq, işsizlik, demokratiyanın olmaması və qadın haqları kimi məsələləri biz gündəmə gətirməliyik,” türk fəal söyləyir.
O deyir ki, milli hərəkat iradəsini siyasi meydanlarda əks etdirə bilməlidir: “Biz rejimin oyunlarını pozsaq, siyasi iradəmizi meydanda əks etdirmiş olarıq. Bizim hərəkat siyasi meydanlardan uzaq durmamalıdır. Yoxsa, siyasiləşməsə və siyasi meydanlarda iradəsini əks etdirməsə bizim başımız börksüz qalar. Heç bir haqqımıza yetişə bilmərik.”
Cavad Abbasi əlavə edir, “bizim bir missiyamız da başqa qeyri-fars millətlərə dəstək olmaqdır. Çünki, biz haqq və ədalət izindəyik. Birlik olsaq, hakimiyyətin və o mərkəziyyətçi qüvvələrin əli boşa çıxacaq. Düşünün ki, bu ölkənin 70 faizi qeyri-fars millətlərdir. Farsların içində də çox demokrat insanlar tapılar və bu cərəyana dəstək verərlər”.