
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Bir müddət öncə İsrailin kəşfiyyat xidməti “Mossad”ın İranda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı Mənsur Rəsuli Haşimabad adlı şəxsi İranda saxlayaraq dindirdiyinə dair məlumat yayılmışdı.
Adı çəkilən şəxsin Qərbi Azərbaycanın sərhəd bölgəsinin Haşımabad kəndində yaşayan Hərəki kürd tayfasından olduğu bəlli olub.
Mənsur Rəsuli Haşimabad SEPAH üzvü olmaqla yanaşı silahlı kürd qruplaşmaları (PJAK) ilə də əlaqədə olub.
O, həmçinin SEPAH-ın dəstəyi ilə İrandan Avropaya göndərilən narkotik qaçaqmalçıları şəbəkəsinin əsas adamlarından biri olub.
Onun əmisi Adil Rəsuli İnqilab Keşikçiləri Korpusunun bölgə komandirlərindən olub və 90-cı illərdə silahlı dəstələrlə qarşıdurmada öldürülüb.
Əmisi oğlu Hacı Səbbah Rəsuli isə hazırda Urmiyada yerləşən İnqilab Keşikçiləri Korpusunun Zeviyyə briqadasının komandiridir.
Qeyd edək ki, bir neçə gün öncə İnternetdə yerləşdirilən videoda İrandan kənarda terror əməliyyat şəbəkəsi yaratmaq üçün göndərilən SEPAH üzvü Mənsur Rəsulinin İsrail kəşfiyyat xidməti (Mossad) tərəfindən tutularaq dindirildiyi bildirilir.
İsrail qəzetləri bir səs yazısı yayaraq bildiriblər ki, ölkənin kəşfiyyat orqanı "Mossad" zabitləri 3 nəfərə sui-qəsddə əli olan SEPAH-ın Qüds qanadının casusu Mənsur Rəsulini İran ərazisində həbs edərək dindiriblər.
Səs yazısında Rəsuli deyir ki, İran hökuməti tərəfindən İsrailin Türkiyədəki səfirliyinin diplomatını, Almaniyada bir Amerika generalını və Fransada bir jurnalisti öldürməklə görəvləndirilib.
Qeyd edək ki, video görüntünün yayılmasından sonra İsrail mediası yeni məlumatlar yayaraq dindirmənin 5 ay öncə İranda həyata keçirildiyini yazıb.
“52 yaşlı Mənsur Rəsuli Rza oğlu, Mossad mənurlarına İrandan qıraqda 3 terror əməliyyatını həyata keçirmək üçün hazırlıq gördüklərini etiraf edib”-deyə, İsrail televiziyası məsələ ilə bağlı yayınladığı son məlumatda bildirib.
Daha öncə bununla bağlı yayılan xüsusi məlumatlara görə, SEPAH-ın Qüds qanadı narkotik qacaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç terror aktı törətmək niyyətində olub.