
ABŞ-da katolik məktəbinə silahlı hücum
2 ölü, 17 yaralı
2 ölü, 17 yaralı
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
Almaniyada polis çatışmazlığı – təhlükəsizlik sisteminin zəif nöqtəsi
Siyasətçilər hoteldən təxliyə edildi
1 vətəndaşı huşu itənə qədər döyən 4 məmur mühakimə olunur
100 nəfər əlbəyaxa oldu, hadisə yerinə helikopter gəldi
Almaniyada zəng mərkəzi dəstəsi yaxalanıb
Almaniyanın bir əyalətində bütün polis telefonlarına haker hücumu olub
Polisdən qaçan tunisli ikisi patrul maşını olmaqla üç avtomobil qaçırıb
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Avstriyada tapança icazəsi almaq şəxsiyyət vəsiqəsi əldə etməkdən asandır
Keçmiş şagird vida məktubu buraxıb
Berlində üç zabiti saxta yol yoxlaması apararaq sürücüləri soyub
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Sərhəddəki sərt nəzarət 3 həftədir alman polisini yorur
Bakının «Sovetski» ərazisində yaşayan sakinlərin etiraz aksiyası keçirəcəyi gözlənilir. Aksiyanın martın 10-da keçiriləcəyi elan olunsa da, bu gün də polislər yaşayış məntəqəsinin həndəvərində toplaşıb gözləyirlər.
Sosial şəbəkə fəallarının bildirdiyinə görə, «Sovetski»yə yaxın küçələrdə polislərlə dolu 9 avtobus sayıblar.
Xatırladaq ki, sökülməsi nəzərdə tutulan bu məhəllənin sakinlər evlərinə görə ödəniləcək kompensasiyanın həcmindən narazıdırlar. Hökumət isə onlara bundan artıq vəsait verməməkdə israr edir.
***
Virtualaz.org-un müxbirininsə verdiyi ən son məlumata görə, məhəllədə gərginlik olsa da, aksiya keçirilmir: «Amma hazırda Abdulla Şaiq və Şamil Əzizbəyli küçələrinin kəsişməsində 30-40 gənc toplaşıb. Polis onları əhatəyə alıb. Tərəflər sadəcə söhbət edirlər. Heç bir aqressivlik yoxdur. «Sovetski» gənclərinin polisdən bircə tələbi var. Onlar deyirlər ki, polis tutulan məhəllə gənclərini buraxsın. Sakinlər deyirlər ki, həmin 6-7 gənc kompensasiyanın azlığına etiraz etdikləri, polislə bu barədə söhbət elədikləri üçün həbs olunaraq 15 sutka cəza alıblar, indi də biz sizinlə söhbət edirik, deməli, axşam da bizi tutub aparacaqsınız və s. Polis isə gəncləri sakitcə dağılışmağa çağırır».