Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
15:45 | 22 may 2022 | Bazar
Məqaləyə 1265 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Siyasi, iqtisadi, inzibati üstünlüklər
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Əliyevlə Paşinyanın Brüsseldə növbəti görüşündən gözləntləri üç kontekstdə dəyərləndirmək olar:
– Görüşün zərurəti nədir?
– Paşinyan hansı gündəliklə masaya əyləşəcək?
– Mümkün nəticələr nə ola bilər?
Aprelin 6-da keçirilən Brüssel görüşündə sülh sazişinin hazırlanması üzrə prosesin başlanması və sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılması, görüşlərin başlanması haqda konkret razılaşmlar əldə olunsa da, Ermənistan praktiki mərhələdə faktiki heç bir addım atmadı. Avropa İttifaqı bu görüşdə razılaşmaların işləməməsinin səbəblərini aydınlaşdırmaq, praktiki mərhələdə işə başlamağın yollarını tapmaq niyyətindədir.
Müzakirə ediləcək məsələlər də bəllidir: sülh sazişinin hazırlanması, sərhədin delimitası üzrə komissiyanın işə başlaması və s.
Əsas məqam ötən görüşdən sonra nələrin dəyişdiyi və Paşinyanın buna uyğun hansı gündəlikdən çıxış edəcəyidir.
6 aprel görüşündən sonra Nikol Paşinyan bəyan etdi ki, beynəlxalq ictimaiyyət onlardan Qarabağın “statusu” iddialarında tələbi endirməyi tələb edir. İrəvan bunu “Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı” olaraq dəyişir.
Nikol yeni vəziyyəti açıqlamasından sonra aprelin 17-də İrəvanda “Qarabağ aksiyaları” başlandı və hələ də davam edir. Aprelin 19-da Putinlə Paşinyanın Moskva görüşündən iki nəticə çıxırdı: Rusiya təşəbbüsün Aİ-yə keçməsinə imkan vermək niyyətində deyil. İrəvan istəyinə nail olmaq üçün Brüssel və Moskva seçimləri arasında manevr imkanından yararlanır.
Ermənistan istəyir ki:
– delimitasiyası “güzgü prinsipi” və SSRİ dağılanda mövcud olan xətlərlə aparılsın;
– “status”u arxa plana keçirsə də, “təhlükəsizlik və təminat” üzərindən Qarabağdakı ermənilərin “müqəddəratını təyin etmə” imkanı qazansın.
Nə Moskvada, nə də Brüsseldə buna nail olmaq imkanının az olmasına baxmayaraq, rəsmi İrəvan Qərb-Rusiya qarşıdurmasından istifadə edərək, maraqlarına uyğun şərtlərin yetişməsi gözləntisi ilə “vaxt uzatmaq” taktikasına oynayır.
6 aprel – 22 may görüşləri arasında baş verənlər fonunda Paşinyanın masaya iki mümkün istəklə əyləşə bilər:
1. “Status”la bağlı aşağı salınması tələb olunan tələbə yenidən baxmağın “zəruriliyini”: Nikol “Qarabağ aksiyaları”nı əsas gətirərək, bundan imtina etməyin ən azı indi çətin olduğu, erməni ictimaiyyətinin qəbul etmədiyi “arqumenti”ndən çıxış edə bilər;
2. Moskva alternativinə işarə etməklə delimitasiya prosesində istəklərini irəli sürə, Brüsselin mövqeyinə təsir etməyə çalışa bilər.
Bütün bunların fonunda görüşün praktiki mərhələdəki işə təsirinin az olacağı gözləntisi önə çıxır.
Əliyevin razılaşmaların icrası üçün konkret tələblərlə çıxış edəcəyi bəllidir və istisna deyil ki, Bakı bu görüşə praktiki addımların atılması üçün diplomatik təmasların son şansı kimi baxır.