Qacarlar nəslinin məşhur davamçısı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
13:20 | 3 iyun 2022 | Cümə
Məqaləyə 941 dəfə baxılıb
Şriftin ölçüsü
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
29 yaşlı Ərfan Şükurzadə Evin həbsxanasından Qızılhasara köçürüldü
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Zəncanlı təqaüdçülər artıq üç gündür etiraz aksiyası keçiriblər. Mitinqləri təşkil edən təqaüdçilərin maaş və müavinətlərin artırılmaması, habelə ödəmələrin gecikməsinə etiraz etdikləri bildirilir.
Yarı-rəsmi İLNA (“Iranian Labour News Agency”) agentliyinin məlumatına görə, Zəncan vilayətində Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər may ayının 30-dan bəri piket keçirirlər.
İyunun 1-də valilik binasının önündə toplaşan təqaüdçülər əvvəlki günlərdə isə Proqram və Büdcə Təşkilatının baş idarəsi önündə toplaşıblar.
“Mitinqə qatılan təqaüdçülər şüarlar səsləndirərək maaş və müavinətlərin artırılmaması, habelə ödəmələrin üç ay gecikməsinə etirazlarını bildirib və rəsmilərdən izahat tələb ediblər”, İLNA bildirib.
Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, çərşənbə günü Zəncanda başqa mitinqlər də keçirilib.
“İran İşçilərinin Azad Birliyi”nin “Telegram” kanalında yayılan məlumata görə, Zəncan Telekommunikasiya Şirkətinin işçiləri də şirkətin baş ofisində piket təşkil ediblər.
İşçilərin aylıq maaşlarının verilməməsinə etiraz etdiyi bildirilib.