
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Güneyli fəallar Davud və Əyyub Şiri qardaşları məhkəmənin son qərarına qədər Təbriz Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Milli fəallar iyunun 2-də hər biri 40 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa çıxıblar.
Davud və Əyyub Şirinin, hələ ki, ittihamları barədə rəsmi qaydada məhkəmədən bildiriş verilməyib. Lakin məhkəmə müstəntiqinin Şiri qardaşlarının ailəsinə onların “sistemə qarşı təbliğat” apardıqlarını söylədiyi bildirilir.
Davud Şiri mayın 19-da Təbrizdəki məscidlərdən birində yas mərasimindən çıxarkən, Əyyub Şiri isə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Hüquq müdafiəçilərinin sosial mediada yayımladıqları məlumata görə, Əyyub Şirinin həbsindən sonra fəalın iş yerinə gələn çoxlu sayda mülki geyimli zabitlər mağaza sahiblərindən saxlanma anını çəkən müşahidə kameralarının yaddaş kartını alaraq özləri ilə aparıblar.
Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürülən türk fəallara həbsdə qaldıqları müddət ərzində ailələri ilə bir dəqiqədən az bir vaxt əlaqə saxlamağa icazə verilib.
Şiri ailəsinin Təbriz İnqilab Məhkəməsinə müraciəti zamanı prokurorluğun müstəntiqi güneyli fəalların nəzarətdə saxlanma müddətini uzatdığını bildirmişdi.