Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:26 | 10 iyun 2022 | Cümə
Məqaləyə 965 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Dünən Putin gənc alim və iş adamları ilə görüşüb. Rusiya prezidenti özünü 1-ci Pyotrla müqayisə edib, böyük ölkə olmağın torpaqların genişləndirilməsindən (faktiki işğaldan) keçdiyini deyib, suverenliyin əsasını, böyüklüyün təməlini ərazi ilə ölçüb. Bir sözlə, tipik İmperiya düşüncəsidir, belə yanaşmanın bütün post-sovet məkanı üçün təhlükə olduğunu göstərir.
Bu gün orta statistik rusiyalı elə Putindir, əhalinin böyük əksəriyyəti də eyni belə düşünür, çünki elə “proqramlaşdırılıblar”, böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olduğunu qəbul etmək istəmirlər.
Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir “İmperiya” tipi, məsələn, Cənubi Koreyadır. Gəlin kiçik bir müqayisə aparaq:
1. 1991-ci ildə SSRİ dağılıb Rusiya müstəqil olan ildə Rusiyanın ÜDM-i 517 milyard dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə cəmi 396 milyard dollar oldu – eyni dövrdə, 1991-ci ildə Cənubi Koreyanın ÜDM-i 367 milyard dollar idi, 1996-cı ildə isə 597 milyard dollar oldu.
2. Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı, 2021-ci ildə ölkənin ÜDM-i 1 trilyon 780 milyard dollar olub – həmin il Cənubi Koreyanın ÜDM-i isə 1 trilyon 800 milyard dollar olub.
3. 2021-ci ilin məlumatlarına görə Rusiyanın əhalisi 145 milyon 557 min nəfərdir, adambaşına düşən ÜDM isə 12200 dollar olub – Həmin dövrə Cənubi Koreyanın əhalisi 51 milyon 780 min nəfər olub, adambaşına düşən ÜDM isə 34865 dollar olub. Adambaşına düşən ÜDM-ə görə Rusiya Cənubi Koreyadan 3 dəfə geridədir.
4. 2021-ci ildə Rusiyanın ixracı 491 milyard 600 milyon dollar olub ki, bunun da 60%-ə yaxını neft-qazdır – Həmin il Cənubi Koreyanın ixracı 644 milyard 540 milyon dollar olub ki, bunun da tamamı real sektor, texnoloji məhsullardır.
5. Bu qədər resursa rəğmən sanksiyalardan öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 milyard dollar idi, indi 300 milyard dolları “dondurulub” – Cənubi Koreyanın qızıl-valyuta ehtiyatları isə 452 milyard 300 milyon dollardır.
Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, İmperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi. Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir “imperiyadır”, torpaqları yox, bazarları tutur, ərazini deyil də, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir – nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, post-sovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də, Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir.