
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İsrailli yazıçı və Yaxın Şərq üzrə analitik Reyçel Avraham İsrailin “Hiume” qəzetindəki məqaləsində Güney Azərbaycandan bəhs edib. Reyçel Avraham məqalədə bildirib ki, İsrail Quzey və Güney Azərbaycanın birləşməsini dəstəkləməlidir. Onun fikrincə, bu proses Yaxın Şərqdə daha çox sülh və sabitliyə gətirib çıxaracaq.
“Hal-hazırda bizim danışdığımız bir vaxtda İranda etirazlar davam edir. İnsanlar “diktatora ölüm” şüarları səsləndirirlər və hər bir sadə iranlı rejimin dəyişilməsini istəyir. Etirazlar davam etdikcə bizim İsrail olaraq bu fürsətdən istifadə edərək hazırda İranın bir hissəsi olan Güney Azərbaycanın Quzey Azərbaycana birləşməsini təşviq etməyimiz çox vacibdir. Belə bir ittifaq İran rejimini zəiflədəcək və Yaxın Şərqdə daha böyük sülh və sabitliyə gətirib çıxaracaq. Biz israillilər bunu dəstəkləmək üçün əlimizdən gələni etməliyik”, – deyə, Reyçel Avraham bildirib.
Məqaləsində Azərbaycanın bölünməsi, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması və ondan sonrakı proseslərə geniş şəkildə toxunan Reyçel Avraham son Qarabağ savaşında Azərbaycan abidələrinin İran tərəfindən dağıdıldığını, onların iranlılaşdırılmağa çalışıldığını bildirib.
Azərbaycan Respublikasının öz torpaqlarının çox hissəsini geri qaytardıqdan sonra Ermənistanla sülh müqaviləsi bağlamağa, problemin qalan hissəsinin danışıqlar yolu ilə həllinə çalışdığını bildirən israilli yazar İran tərəfinin bunun qarşısını almağa çalışdığını faktlara xatırladıb.
Qeyd edək ki, Reyçel Avrahamın məqaləsinə İranın bir sıra media qurumları reaksiya göstərib və bunu İrana qarşı təhdid kimi dəyərləndirib, onu tənqid ediblər.