
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Keçən bir həftə ərzində İranın müxtəlif şəhərlərində ən az 20 edam hökmü tətbiq edilib. Hüquq müdafiəçiləri 2 gün əvvəl Ərdəbil və Xalxal şəhərlərində 3 nəfərin dar ağacından asıldığına dair məlumat yayıb.
Bu barədə məlumat yayan İran İnsan Haqları təşkilatı (İHR) və HRA agentliyinə istinadən, hər 3 məhkum qətl ittihamı ilə mühakimə edilmişdilər.
31 yaşındakı Əsgər Həbibinin qisas hökmü iyunun 8-də Ərdəbil vilayətinin cənubunda yerləşən Xalxal şəhərinin həbsxanasında tətbiq edilib.
İHR-nin məlumatına görə, Həbibi edam edilənə qədər israrla təqsirsiz olduğunu önə sürüb: “Əsgər Həbibi 2013-cü ildə baş verən bir qətl hadisə ilə əlaqədar mühakimə edilib. O, mühakimə prosesinin sonunadək sözügedən qətl aktında heç bir rolunun olmadığını və hadisə zamanı Xalxal şəhərində olmadığını ifadə edib”.
8 iyun səhər saatlarında iki edam hökmü də Ərdəbil şəhərinin mərkəzi həbsxanasında icra edilib. Hüquq müdafiəçiləri Ərdəbildə asılanların adlarını Hüccət Asiyabani və Səccad Təkrəvi olaraq açıqlayıb.
Asiyabani və Təkrəvi də qətl ittihamı ilə mühakimə edilib və qisas cəzasına məhkum edilmişdilər.
İHR-nin Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə hazırlayıb və keçən aprel ayında yayımladığı hesabata görə, İranda bəluçlar başda olmaqla qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.