
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbriz Şəhər Şurasının Tikinti və Nəqliyyat Komissiyasının başçısı Ruhullah Rəşidi şəhərdə təhlükəli durumda olan ən azı 200 çoxqatlı binanın müəyyən edildiyini deyib.
O, bununla yanaşı vaxtilə şəhər səviyyəsində 30 min qeyri-standart yaşayış yerinin sökülməsi ilə bağlı məhkəmə qərarlarının çıxarıldığını, ancaq icra edilmədiyini söyləyib.
Rəşidi təhlükəli durumda olan binalarla yanaşı bir sıra bölgələrdə qeyri-standart evlərin çox olduğu deyib.
Əlavə edib ki, bu üzdən hər hansı təbii fəlakət nəticəsində ciddi faciələrin yaşana bilər.
Təbriz bələdiyyəsinin Şəhərsalma Təşkilatının verdiyi son statistikaya görə, hazırda Təbrizdə 290 ədəd 10 mərtəbədən çox, 285 ədəd 10-6 mərtəbəli və 1250 ədəd 5 mərtəbəli tikili var.
Bundan öncə ötən ilin dekabr ayında Təbrizin keçmiş bələdiyyə başçısı Abbas Rəncpur şəhərdə 100 min qəzalı vəziyyətdə evin olduğunu bildirmişdi.
Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsinə, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.
Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standart evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.