
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” xəbər saytı Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanı gənclərin problemləri ilə bağlı çıxışına görə hədəfə alıb.
Sayt millət vəkilini qeyri-peşəkarlıqda və başqa cərəyanlara qulluq etməkdə günahlandırıb, nüvə danışıqlarından tutmuş uşaq bezinə qədər bütün məsələlərə münasibət bildirməyini tənqid edib.
Qeyd edək ki, Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyunun 19-da isfahanlı millət vəkilinin demoqrafik problemlə bağlı çıxışına münasibət bildirib.
“Deyirlər ki, ölkədə kişilərlə qadınların sayı bərabərdir və qızlar xarici vətəndaşlarla evləndirilməlidir. Belə olduğu təqdirdə bəs kişilər üçün nə təklif edirlər”, – deyə, Pezeşkiyan bildirib.
Təbrizin millət vəkili gənclərin evlənməməsi ilə bağlı fikirlərin yanlış olduğunu, bunun əsas səbəbinin deyilmədiyini söyləyib.
“Gənclərin evlənməməsi problem deyil. Əsas məsələ işsizlik, yoxzsulluq və gələcəyə inamsızlıqdır”, –deyə, Məsud Pezeşkiyan bu səbəblər ucbatından ölkədə boşanmalarının sayının artdığını deyib.
Xatırladaq ki, İran parlamentinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərd iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib.
O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.
Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib.
O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var.