
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycanlı milli fəal Əsgər Fərəci 5 il həbs cəzası çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülüb. İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yaydığı xəbərə görə, Fərəci iyunun 20-də Evin Məhkəməsinin Hökm İcra Şöbəsinə müraciət etdiyi zaman həbs edilib və beş illik həbs cəzasını çəkmək üçün Evin Həbsxanasının karantin palatasına köçürülüb.
Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi Əsgər Fərəcini “ölkənin təhlükəsizliyinə qarşı birləşmə və sözləşmə”, “qanunsuz qruplaşmaya üzv olmaq”, “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumat paylaşmaq” kimi ittihamlarla suçlanıb. Məhkəmə milli fəalı cəmi 17 il 4 ay həbsə və 2 il sürgünə məhkum etmişdi.
Sina Yusifi adlı vəkil daha əvvəl öz “Twitter” hesabında müvəkkilinin 17 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlamışdı. O, bu işlə bağlı tvitlərində müvəkkilinin adını qeyd etməmişdi. Yusifi müvəkkilinin dosyesində irəli sürülən ittihamların əsassız olduğunu bildirmişdi. Yusifi müvəkkilinin dosyesində hökmün yeganə istinad etdiyi, müttəhimin gündəliyində latın qrafikası ilə türkcə yazdığı olduğu, bunun isə ölkənin rəsmi dilinə qarşı üsyanı göstərdiyinin qeyd olunduğunu bildirmişdi.
“İranwire” saytında dərc olunan məlumata görə, ilkin məhkəmənin çıxardığı hökm apelyasiya məhkəməsinə verilən şikayətdən sonra 10 ilə endirilib ki, İran İslam Respublikasının cinayət qanunvericiliyinə görə, milli fəal Fərəci 5 il həbs cəzası çəkəcək.
İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyətinin nümayəndəsi Şahin bəy Xiyavlı Amerikanın Səsinə bu barədə deyib ki, “mənə görə bir türk fəalına sırf Türkcəni latınca yazdığı üçün onun dosyesində suç kimi göstərilməsi, əslində İran hökumətinin ölkədə yaşayan 40 milyon türkə olan kin və nifrətinin göstərgəsidir”.
Cənab Fərəcinin vəkili 17 illik həbs hökmü ilə əlaqədar “Twitter”də açıqlamasından sonra AHRAZ cəmiyyəti bu haqda kampaniya başladaraq sosial media üzərindən milli fəalların bu hökmə qarşı təpkilərini və fikirlərini əks etdirib.
“İran hakimiyyəti türkcəni latınca qrafikası ilə yazılmasına qarşı çıxması əslində İranda yaşayan türklərin Azərbaycan və Türkiyə ilə bağlarını qoparmaq və orada yazılan qaynaqlardan bizləri məhrum buraxmaq istəyir. Beləliklə hökumət, İranda yaşayan türkləri qonşu türk dilli ölkələrindən təcrid etmək peşindədir”, – deyə Xiyavlı əlavə edib.