
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İranda qadınlar üçün ictimai yerlərdə hicabi məcburi edən qanuna etiraz edən fəal Suri Babayi Çegini iyulun 13-də Qəzvin şəhərində həbs edilib. Fəalın əri Məhəmməd Rza Muradbəhruziyə istinad edən sosial media istifadəçiləri Babayinin qardaşının mənzilinə 8 hökumət xəfiyyəsinin reyd keçirdiyini yazırlar. Fəalın qardaşının da həbs olunduğu xəbər verilir.
Onların, habelə uşaqlarının mobil telefonları müsadirə edilib. Bəzi məlumatlara görə xəfiyyələr fəalın 13 yaşlı qızını hədələyiblər.
Babayi iyulun 12-də “Məcburi hicaba yox” kampaniyasına dəstək olaraq öz videosunu yaymışdı.
O bu videoda deyir ki, baş örtüyünü qəbul etmək İslam qanunları altında qadınlara qarşı edilən “ədalətsizlikləri” qəbul etmək deməkdir.
İyulun 5-də prezident İbrahim Rəisinin hicab qanunun tətbiqinə dair verdiyi sərəncam qadınların geyim məcəlləsini daha da sərtləşdirib.
Buna cavab olaraq fəallar sosial mediada “no2hijab” haştaqı ilə kampaniyaya başlayıblar.
Onlar hicab qanununu zorla tətbiq edən şirkətlərin boykotuna çağırırlar.
İyulun 12-də, İranda rəsmi Milli Hicab və Bakirəlik Günündə qadın hüquqları fəalları etiraz videolarını yayıblar.
Bu videolarda qadınlar baş örtüklərini açırlar.
Babayi bundan əvvəl də antihicab təbliğatı ilə bağlı prokurorluğa çağırılıb.
Onun əri də bundan əvvəl “İslam Respublikası liderini təhqir” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
O bundan başqa “ictimai rəyi çaşdıran saxta məlumatlar yaydığına” görə 100 milyon İran rialı (312 dollar) cərimə ödəməli olub.
İranda hicab 1979-cu il İslam İnqilabından sonra qadınlar və 9 yaşından böyük qızlar üçün məcburidir.
Buna baxmayaraq İranda bir çox qadınlar hicab qaydasına etinasızlıq nümayiş etdirirlər.