
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin bəyanatı yayıldı. Bəyanatda deyilir.
“Böyük Azərbaycan milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xaməneyiyə!” şüarları ilə faşist fars İran rejiminin istibdadına qarşı kütləvi etirazını ortaya qoydu və aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Güney Azərbaycan coğrafiyasında milli-demokratik dövlətçilik istəyini səsləndirdi. Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi və əsasən Türk dilində səslənən milli şüarlar onu göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaqdır.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, İran rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.
Biz İşbirliyi mərkəzi olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik.
Görüşümüz axşamçağı Güney Azərbaycan şəhərlərinin meydanlarında.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Demokratik Türk Birliyi (GADTB)
20.9.2022”