
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
İranda Məhsa Əminin əxlaq polisinin nəzarətində ikən ölümündən sonra ölkə boyu keçirilən etiraz aksiyaları iki həftədən artıqdır ki davam edir. 11 gün əvvəl İranın Kərəc şəhərindəki aksiyalarda güllələnən gənc qız Hədis Nəcəfinin bacısı deyir ki, “bütün insanlardan Hədisin xatirəsini yaşatmağı xahiş edirəm”.
Sentyabrın 21-də Kərəc şəhərində keçirilən etiraz aksiyalarında öldürülən gənc qız Hədis Nəcəfinin bacısı Əfsun Nəcəfi bildirib ki, bacısı üç güllə ilə öldürülüb və cəsədi aldıqlarında bədənində çox sayda ov tüfəngi gülləsinin izi tapılıb.
O deyir ki, bacısı yerli vaxtla axşam saat 21:00-da Mehrşəhr məhəlləsindəki Erəm küçəsində etiraz aksiyasına qatılıb. “O, sosial şəbəkələrdə yayımlanan etiraz çağırışı əsasında bu yerə gedib”, – deyə o, əlavə edib.
Əfsun Nəcəfi deyir ki, onların valideynləri Şərqi Azərbaycan vilayətində yerləşən Miyana şəhərindən dünyaya gəlib, ailənin bütün uşaqları isə İranın Kərəc şəhərində dünyaya göz açıb.
Hədis Nəcəfinin bacısı bildirib ki, atası qızının etirazlarda öldürülməsi ilə bağlı xəbəri media ilə paylaşmaması üçün İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən xeyli təzyiq, təhdid və hədə-qorxuya məruz qalıb.
İran dövlət televiziyası isə Hədis Nəcəfi və bir neçə digər qızın İran qüvvələri tərəfindən öldürüldüyünü təkzib edərək, onların “naməlum şəxslər” tərəfindən öldürüldüyünü iddia edib.
Bundan sonra Hədis Nəcəfinin anası, Hədis Nəcəfinin digər bacısı Şirin Nəcəfinin “İnstagram”da yayımladığı videoda bildirib ki, “qızımın cəsədini görəndə qarnından, boynundan və ürəyindən 3 güllə yarası aldığını gördük. Bütün bədəni və üzündə ov tüfəngi güllələrinin izi var idi. Biz susmuruq, biz rejim tərəfdarı deyilik”.
22 yaşlı Hədis Nəcəfinin ailəsi təhlükəsizlik orqanlarının bütün təzyiqlərinə baxmayaraq təhdidləri qəbul etməyib. Onlara verilən ölüm şəhadətnaməsində ölüm səbəbi “hərbi texnikadan müharibədən kənar istifadəsi və güllə yarası” kimi qeyd edilib”. Bu şəhadətnaməni Hədis Nəcəfinin bacısı öz “İnstagram” səhifəsində paylaşıb.
Əfsun Nəcəfi həmçinin deyib ki, “Mənim səsimi eşidən həmvətənlərimdən xahiş edirəm ki, Hədisi öz əzizləri kimi bilsinlər, onun xatirəsini yaşatsınlar və Hədis və öldürülən bütün qızlar, fərq etmir kürdlərdən, ərəblərdən və yaxud bəluçlardan olsun, mənim bacımdırlar.”
Hədis Nəcəfi “Tik Tok” və “İnstagram” kimi sosial şəbəkələrdə aktiv olan, həyatından video və fotolar paylaşan gənc qız idi.
Hədis Nəcəfi müxtəlif media orqanlarında yayımlanan və onun öz şəxsi “İnstagram” səhifəsində yerləşdirdiyi son videosunda “Hazırda (etirazlara) gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib” deyib.