
“Vərəq çevrilib”
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Fransız diplomat İran Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycanda coğrafi adlar – Əralan
Güney Azərbaycanlı dissident kinorejissor İrandakı anti-demokratik təzyiqləri tənqid etməsi ilə tanınır
Farslar qədim türk kəndinin adını necə dəyişdilər?
İl ərzində üç-dörd gün ərzində yeyilə bilinən bitki
“Traktor”un kütləvi dəstəyi və çempionluq sevinci
Millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Uzun illərdi ki, İran sərhəd regionunda bizim efir məkanımızı, ümumiyyətlə radioməkanımızı zəbt edib. Yəni, bu ərazilərdə nəinki efir-radio və ya TV xidmətləri üçün, həmçinin mobil və ya hərbi yönümlü radioxidmətlər üçün İran bizə bilərəkdən maneə yaradır və üstünlüyünü qoruyur.
Uzun illərdi ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tələblərinə zidd olaraq İran bu mövqeyindən əl çəkməyib. Və özünün bütün radiovasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirib.
Hətta Şəki-Balakən regionunadək İran radiovericilərinin dalğaları gəlib çatır.
Əslində yalnız BTİ-nin deyil, bu istiqamətdə bizim aidiyyəti dövlət qurumlarımızın apardığı işləri də qənaətbəxş hesab etmək olmaz.
Pandemiyadan öncə Azərbaycan, İran və BTİ ilə bu istiqamətdə koordinasiya işləri aparılırdı.
Yəni, mövcud beynəlxalq normalara görə sərhəd bölgəsində BTİ ekspertlərinin iştirakı ilə ölkələrin radioməkanının tənzimlənməsi nəzərdə tutulub. Bunun üçün hər iki ölkə tərəfindən razılaşdırılmış koordinasiya aparılır.
Lakin bildiyim qədər bununla bağlı indiyədək hansısa bir müqavilə, razılaşma olmayıb. Və İran informasiya məkanımızı, efiri, milli radioməkanı zəbt etməkdə davam edir.
Bildiyim qədər Azərbaycan BTİ-nin Radio Tənzimləmə Komitəsində bir müddət, 2020-2021-ci illərdə ümumiyyətlə təmsil olunmayıb.
Lakin cari ildə, 3 oktyabr 2022-ci il tarixində RİNN-nin səyləri ilə Azərbaycan yenidən BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə üzv seçilib.
Düşünürəm ki, tez bir zamanda bu beynəlxalq mexanizmləri işə salmaq və İranının sərhəd bölgəmizdə radiomüdaxiləsini məhdudlaşdırmaq lazımdır.
Paralel olaraq da, hökumət Azərbaycanın bütün sərhəd boyu radioxidmətləri gücləndirməli, yeni radiostansiyalar, TV kanallar yaratmalıdır, radioinfrastruktur qurmalıdır. Yəni, öz radioməkanımıza sahib çıxmalıyıq.
Prezident İlham Əliyev İranın təhdidlərinə cavab olaraq “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” mesajını verib.
DTX İran kəşfiyyatının ölkəmiz əleyhinə olan terror hərəkətlərinin qarşısını alan uğurlu əməliyyat həyata keçirib. Bütün bunlar çox ciddi mesajlardır.
Bu baxımdan, düşünürəm ki, indiki şəraitdə sərhəddə Təbrizə yönələn radiovericilərin sayını artırmaq və məzmun baxımından da indiki situasiyaya uyğunlaşdırmaq, bu sahəyə indidən zəruri resurslar ayırmaq doğru olardı.
Ümid edirəm qərar qəbul edənlərimiz baş verənlərin fərqindədir.
Sabah gec olacaq. Çünki İranın sərhəd bölgələrimizdə uzun illərdən bəri oturuşmuş radioelektron vasitələri var və bizim radioməkanımıza asanlıqla müdaxilə edirlər.