Avropada nikahlar nəzarətə alınır
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Fransa keçmiş müstəmləkəsi olan ölkələrə qarşı hökmdar kimi davranmaqda davam etməyə cəhd edir. Bu isə Fransanın etibarsız və suverenliyə hörmət etməyən dövlət imicinin formalaşmasına səbəb olub. Beynəlxalq nüfuzunu itirməkdə davam edən rəsmi Paris onun üçün həyati əhəmiyyətli bölgələrdə-Şimali və Mərkəzi Afrika, eləcə də Aralıq dənizi hövzəsində Türkiyə və Çin kimi ölkələrlə rəqabətdə uduzur.
Millət vəkili Rasim Musabəyov deyir ki, özünü dünyada insan hüquqları və demokratiyanın təəssübkeşi və müdafiəçisi kimi təqdim edən Fransa əslində şəxsi maraqlarını üstün tutur.
Onun sözlərinə görə, Fransa artıq beynəlxalq müstəvidə qərəzli vasitəçi imicini qazanıb və hazırda dünyanın müxtəlif regionlarında baş verən heç bir münaqişənin tənzimlənməsi prosesinə bu ölkə dəvət olunmur.
Millət vəkili əlavə edib ki, artıq Fransanın Cənubi Qafqazda vasitəçilik etmək istəyinin üstündən birdəfəlik xətt çəkilib.
Rasim Musabəyov vurğulayıb ki, Fransa riyakar və ikiüzlü siyasətini davam etdirdikcə indiki kimi dünyanın əksər regionlarında etibarsız dövlət kimi qəbul ediləcək.