İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:07 | 24 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 1056 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Ötən gün biz azərbaycanlılar üçün də diqqətçəkən hadisələrdən biri məşhur iranlı hüquq müdafiəçisi Fəridə Muradxaninin həbs edilməsi oldu.
Bu qadının həbsi son günlər İranda baş verən kütləvi həbslər fonunda gözümüzdən yayına, diqqət cəlb etməyə bilərdi. Lakin Fəridənin həbsini dünyanın diqqət mərkəzinə gətirən əsas amil bu qadının İranın hazırkı birinci şəxsinin doğma qohumu olmasıdır.
Bəli, bəli, Fəridə Muradxani məhz İranın ali rəhbəri Seyid Əli Xameneyinin dost-doğmaca bacısı qızıdır.
Necə deyərlər, növbə ali dini liderin yaxınlarına, doğmalarına da çatdı. Söhbət həbslər, işgəncələr dalğası üzrə növbədən gedir.
Bu rejim o dərəcədə əzazil, qansız bir rejimdir ki, hətta ölkənin birinci şəxsinin günahsız qohumu da həbs olunmaq təhlükəsindən yayına bilmir. İnqilab öz balalarını yediyi kimi, fars-molla rejimi də öz doğmaları, qohumları arasındakı rejim əleyhdarlarına da aman vermir.
Xameneyinin doğmaca bacısı qızı olmaq da bir işə yaramır. Çünki Fəridə Muradxani öz dayısı kimi düşünmür. Çünki o öz dayısının rəhbərlik etdiyi qəddar molla rejimini qəbul etmir.
O, bir siyasi fəal kimi, vətəndaş cəmiyyəti fəalı kimi bundan əvvəl də həbs olunub, təzyiqlərə məruz qalıb. Belə ki, Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi. Çünki o, həbsindən bir neçə ay əvvəl siyasi məhbuslara dəstək kampaniyasına start vermişdi.
Amma Xameneyinin öz bacısı qızına nifrət bəsləməsinin əsas səbəbi onun siyasi məhbusları müdafiə etməsi ilə bağlı deyil. Siyasi məhbusları müdafiə etmək əksər hüquq müdafiəçiləri üçün sıradan, cari iş sayılır.
Xanım Muradxani hakim molla rejimi üçün ona görə arzuolunmaz və təhlükəli şəxs sayılır ki, o, İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin xanımı, şahbanu Fərəh Pəhləvinin qatı dəstəkçisi və heyranıdır. Fəridə Muradxani Fərəh Pəhləvini az qala bütləşdirir və ona heyranlığını ifadə edən paylaşımlar edir. Bu isə molla rejimini hədsiz dərəcədə qıcıqlandırır. Axı xanım Muradxani Pəhləvilərin yenidən hakimiyyətə qayıdışını istəyənlərin sırasında yer alır.
Əlbəttə, F.Muradxaninin bu arzusu bizim Güney Azərbaycandakı soydaşlarımız üçün qətiyyən xoşagələn deyil. Çünki molla rejimi kimi keçmiş şah rejimi də Güney Azərbaycan türkləri üçün bəladır, fəlakət mənbəyidir. Bu rejimlər ikisi də panfarsizmə, paniranizmə xidmət edir. Güney azərbaycanlılar hər iki rejimdən birdəfəlik qurtulmağa çalışmalıdırlar.
Hələlik isə molla rejimi ilə köhnə şah rejiminin tərəfdarları arasında mübarizə gün-gündən kəskin xarakter alır. Fəridə Muradxani də bu mübarizənin qurbanlarından biridir. Molla rejimi ayaqda qala bilmək üçün hətta öz doğmalarını da bağışlamır.